Resept:Yarpaq dolması: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k Undid edits by 41.114.55.196 (talk) to last version by Irada: purely nonsense content
Teqlər: Geri qaytarma SWViewer [1.4]
Sətir 21:
 
== Hazırlanması ==
Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda qarışana qədər yoğurun.
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincəyədək suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 20 q. qiymə bükülüb qazana yığılır, üzərinə sü töküb hazır olana kimi (bir saat) bişirilir.
Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (10 ədəd) qaynayan suda təxminən 1 dəqiqə, ya da yarpağın sərtliyinə görə daha da az tutun. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları suya çəkin ki, duzu yuyulsun. Sonra isə yarpaqların saplarını kəsin. Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Belə olduğunda, yarpaqların yumuşalması üçün onları qaynayan suda salın ki, yumuşalsınlar.Əgər yarpaqlar böyükdürsə, onları ikiyə bölün. Kiçikləri bütov qalsın.Yarpaqları parlaq hissəsi altda olmaq şərtilə əlinizə alın. Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı yumruvari bükün.
Bükülmüş dolmaları qazana bir birinə yaxın və lay-lay düzün.
Dolmaların üstünə yağı və yarısına qədər suyu tökün.
Ən üstə kiçik qapaq və ya qab qoyun ki, dolmalar bişdikləri vaxt açılmasınlar.
Qazanın qapağını qoyun. Dolmanı öncə qaynadın. Qaynayan kimi, qazı azaldın və dolmanı vam odda haradasa 1 saat 30 dəqiqə ərzində bişirin.
Bişmiş dolmanın içi və yarpağı yumuşaq olmalıdır, qazanın suyu isə çəkilməlidir.
Dolmanı süfrəyə adi qatıq, ya da sarmısaqlı qatıqla verin. Sarımsaqlı qatığı hazırlamaq üçün qatıqla əzilmiş sarımsağı (miqdarı zövqə görə) qarışdırın.
 
==Süfrəyə verilməsi==