Resept:Şəkərbura: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 10:
 
== Hazırlanma qaydası ==
Un və yağ əllə qarışdırılır. Umac halına gəlmiş xəmirin üzərinə maya*, duz*, vanil tozu və süd əlavə edilir. Südü xəmir əmələ gələnə qədər hissə-hissə əlavə etmək lazımdır. Yumuşaq xəmir 4 hissəyə bölünür və soyuducuda soyumaq üçün saxlanılır. Xəmir soyuq olarsa irəlidə şəkərburanın bəzəyi üstündə qalar.
Xəmir kündələrə ayrılır və 15 sm diametrində yayılır. Üzərinə qurumaması üçün selofan çəkilir. Xəmirin yayılmasında un və yağ istifadə olunmayacaq beləki, yağlı xəmir olduğu üçün açmaq çox rahat olacaq. 1 desert qaşığı iç doldurulur və aşağıdan yuxarıya doğru kənarları sıxılır. Kənarlarını sıxdıqda ehtiyyatlı olub içliyi xəmirin kənarına vurmaq olmaz. Beləki, bu xəmir açılacaq. Sonradan yaxşı sıxılmış kənarlar bükmə qaydasına uyğun bükülür.