Resept:Şəkərbura: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 16:
 
 
'''Qeyd * 1.''' Maya əvvəlcədən ilıq suda açılır üzərinə 1ç.q şəkər tozu, 1 ç.q. un qatılır. Horla halına gəlmiş maya 10 dəqiqə kənarda köpmək üçün qoyulur.
2. Duz dada görə südə qatılır.
 
'''Qeyd 2.''' İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri və ətirli olması üçün hil əlavə edib qarışdırın.
Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq, bu da normaldır.
Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayın, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.
 
[[Kateqoriya:Şirniyyatlar]]