Resept:Basdırma kabab: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 2 | Vaxt = 1 saat | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 1500 kkal | Şəkil = ...' ilə yarat
(Fərq yoxdur)

15:01, 14 oktyabr 2011 versiyası

Tərkibi

  • 500 qr mal əti (can əti)
  • 1 baş soğan (yarısı basdırma üçün)
  • 15 qr nar yaxud 10 qr üzüm sirkəsi
  • 10 qr kərə yağı
  • 10 qr cəfəri
  • habelə tam üçün istiot və duz

Hazırlanma qaydası

Basdırma kabab üçün mal əti (can əti) təxminən 35 – 40 qr – lıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3 – 4 saat ərzində soyuq yerdə saxlanılır.

Lazım gəldikdə ət tikələri şişə taxılır və doğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür. Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə doğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.