Resept:Küftə-bozbaş: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 2 | Vaxt = 30 dəq. | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 1000-2000 kkal. | Şəkil = | V...' ilə yarat
(Fərq yoxdur)

12:49, 31 oktyabr 2011 tarixindəki versiya

Tərkibi

  • Qoyun əti - 163q,
  • quyruq - 20q,
  • düyü - 15q,
  • təzə alça - 30q,
  • noxud - 25 q,
  • kartof - 150q,
  • baş soğan - 18q,
  • zəfəran - 0,1q,
  • quru nanə - 0,1q,
  • istiot, duz.

Hazırlanma qaydası

Küftə bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartov və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Mənbə