Resept:Göyərti qutabı: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni '{{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 10 | Vaxt = 1 saat. | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 600-500 kkal. | Şəkil = | Vik...' ilə yarat |
(Fərq yoxdur)
|
08:02, 4 noyabr 2011 tarixindəki versiya
Göyərti qutabı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 10 | |
Enerji qiyməti: | 600-500 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
- 600 qr ispanaq,
- 200 qr baş soğan,
- 300 qr keşniş,
- 60 qr pendir və ya quru şor,
- 200 qr şüyüd,
- 600 qr buğda unu,
- 10 qr ərinmiş yağ,
- 20 qr lavaşana, 200 qr qatıq, duz.
Hazırlanma qaydası
Göyərti yuyulur, doğrandıqdan sonra xırdalanmış pendir və ya şor, duz və istiot qarışdırılır. Sonra ona yağda qızardılmış soğan əlavə edilir. Ələnmiş una su, duz qatılıb bərk xəmir yoğrulur və xəmir yayılıb dairələr şəkilində kəsilir. Göyərti dairələrin bir tərəfinə qoyulur, o biri tərəfi isə üstünə qatlanır, aypara şəkilində bükülür və hər iki üzü tavada qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə yağ çəkilir və ayrıca olaraq yanında qatıq verilir.