Resept:Cız-bız: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Azərbaycan mətbəxi | Porsiya = 6 | Vaxt = 0.5 saat. | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 1500 kkal. | Şəkil = | Vikip...' ilə yarat
(Fərq yoxdur)

20:48, 21 noyabr 2011 tarixindəki versiya

Tərkibi

  • Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək
  • Varsa bağırsaq
  • Kartof
  • İstəyirsinizsə pomidor, bibər
  • Duz, istiot
  • Yağ və ya qoyun quyruğu

Hazırlanması

Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.

Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.

Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.