İnformasiya texnologiyaları: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 83:
Kodlaşma – bir əlifbanın simvollarının digər əlifbanın simvolları ilə əvəz olunması.
 
== Kompyuterin quruluşu ==
a
 
Kompüter informasiya proseslərinin avtomatlaşdırılmış yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal qurğudur.
 
İlk kompüterlər XX əsrin 40-ci illərində Böyük Britaniyada, ABŞ-da, bir neçə il sonra keçmiş SSRİ-də yaradılmış və ilk növbədə hesablama proseslərini avtomatlaşdırmaq üçün istifadə edilmişdir.
Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur: sistem bloku, manitor, klaviatura, manipulyator “mous”.
 
Əlavə qurğular (periferiya qurğuları): çap qurğusu, skaner, modem, rəqəm videokamerası, səs gücləndiriciləri və s.
 
Kompüterlər portativ variantda da istehsal olunur – “bloknot” (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.
Kompüter aşağıdakı qurğulardan təşkil olunmuşdur: sistem bloku, manitor, klaviatura, manipulyator “mous”.
Əlavə qurğular (periferiya qurğuları): çap qurğusu, skaner, modem, rəqəm videokamerası, səs gücləndiriciləri və s.
 
Kompüterlər portativ variantda da istehsal olunur – “bloknot” (notebook). Burada sistem bloku, monitor və klaviatura bir korpusda qurulur: sistem bloku klaviaturanın altında, monitor isə klaviaturaya qapaq şəklində hazırlanır.
 
Manitor – kompüterdə olan informasiyaya baxmaq üçün istifadə olunur.
Klaviatura – kompüterə məlumatı (verilənləri və əmrləri) daxil edən əsas xarici qurğulardan biri hesab olunur. Klaviaturanın köməyi ilə maşina istənilən simvolları (rəqəm, hərf, heroqriflər və s.) daxil etmək mümkündür.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər iki qrupa bölünür. Simvollu və ya qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür. Vahid uzunluqda (1 dyümda) olan nöqtələrin sayı printerin imkanlarını göstərir. Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.
 
Skaner – fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn və şəkilli məlumatları kompüterə daxil etmək üçündür. Skaner məlumatı qrafiki formada oxuyur və maşının yaddaşına daxil edir. Daha sonra lazımi qrafiki redaktor proqramların köməyi ilə onu ikilik koda çevirərək disklərə və ya çap qurğusuna ötürülməsini təmin edir. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur.
 
Multimedia qurğusu – informasiyanın emalı texnologiyası olub, mətni, səsi, qrafiki, şəkli və animasiyanı kompüter sistemində tam şəkildə birləşdirir.
 
Meynfreym – ümumi məqsədli universal elektron-hesablama maşınıdır. 70-ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Buna baxmayaraq bu kompüterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterlərin istehsalı ilə əsasən IBM firması məşğul olur. Bu cür kompüterlərin qiyməti 1 milyon dollar dəyərində olur.
 
Superkompüter – çox prosessorlu elektron-hesablama sistemidır. İlk supekompüter amerikalı mühəndis-elektronçu Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə milyard əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya və nüvə fizikasında bir çox məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işlənməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti təqribən 100 milyon dollarlarla ölçülür.
 
Sistem bloku təşkil olunmuşdur:
* Ana plata (mərkəzi prosessor, kontrollerlər, əməli yaddaş (RAM), keş-yaddaş, akkumulyator batareyaları);
* Prosessor;
* Proceccorları qurmaq üçün adapterlər;
* Yaddaş modulu;
* Daimi yaddaş (Winchester, ROM);
* Disketləri (floppi) oxuyan qurğu;
* CD-ROM (Conpact Disk – Read Only Memory);
* Səs platası;
* Qida bloku.
 
Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs.
İlk kütləvi fərdi kompüter İBM firması tərəfində buraxılmışdır.
 
== Yaddaş quruluşu ==