İnternet: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 18:
 
Qeyd: İki kompüter arasında əlaqə sürətinin vahidi – bps (bitper secund), bir saniyədə ötürülən informasiyadakı bitlərin sayına bərabərdir.
 
== İnternetin xidmətləri ==
 
Verilənlərin Internetdən çağırılmasının bir çox üsulları var. İnternet xidmətləri adlanan bu üsullar aşağıdakılardır:
*WWW (World Wide Web) – ümumdünya hörümçək toru adlanıb, Internet vasitəsilə ötürülən sənədlərdən ibarətdir. Bu üsul hər bir şəxsə və şirkətə öz qəzet və curnalını buraxmağa, şəbəkədə virtual mağaza açmağa, interaktiv kataloq və spravoçnik təklif etməyə, hətta bütün dünyada vidiotəsvir və səs fayllarını yaymağa imkan verir. Tim Berners-Li (Tim Berners-Lee) 1992-ci ildə qrafik interfeys Web yaratdı. Bu interfeysi yaratmaqda məqsəd sənədlərin axtarışını asanlaşdırmaq idi. Beləliklə Web texnologiyası tezliklə bütün dünyada yayıldı.
*E-mail (Electronic Mail) – elektron poçt ünvanı Internet şəbəkəsinə daxil olmuş insanların bir-biri ilə əlaqə saxlamaqlarına şərait yaradır.
*FTP (File Transfer Protocol) – faylları ötürmə protokoludur. Burada faylların bir kompüterdən digərinə otürülməsi reqlamentləşdirilir. Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər (Download, Upload). Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. FTP vasitəsilə Internetə qoşulmuş istənilən kompüterlə proqramlar və ya mətn faylları mübadiləsi etmək olar: ftp://
*Telekonferensiyalar (NetMeeting) – Microsoft NetMeeting proqramı vasitəsilə həyata keçirilir. Bu proqram uzaq məsafədə səs və video əlaqələrin təşkili, eləcə də İnternet vasitəsilə görüş və konferensiyaların keçirilməsi üçün nəzərdə tutulmuşdur. NetMetting xidmət növü məsafədən asılı olmayaraq istifadəçilər arasında səs, mətn, vidio formasında informasiya mübadiləsini, diaqram, qrafiklər və proqramlarla birgə işi təmin edir.
 
== İnternetin insana mənfi təsirləri ==