İnternet: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 1:
 
İnternet milyonlarla kompyuteri, tətbiqi proqramları, şəbəkələri, qurğuları özündə birləşdirən qlobal şəbəkədir. İnternet dünyada baş verən informasiya inqilabları sırasında beşinci informasiya inqilabına səbəb olan bir kəşfdir.
 
== Yaranma tarixi ==
İnternet kompyuter-informasiya səbəkəsinin yaradılması istiqamətində tədqiqatlara keçən əsrin 60-cı illərindən etibarən ABŞ-da ildə başlanmışdır. İlk olaraq 1962-ci ildə Massaçuset Texnologiya İnstitutunun əməkdaşları S. Liklayder uzaq məsafədən kompyuter əlaqəsinin yaradılması ideyasının, 1961-ci ildə L. Kleykrok paket kommutasiya nəzəriyyəsini irəli sürdülər. 1965-ci ildə L. Robert və T. Mervil Massaçuset və Kalifoniyada yerləşən iki TX-2 və Q-32 markalı kompyuterlər arasında adi telefon rabitəsindən istifadə edərək əlaqə yaratdılar. Bu təcrübə kompyuter şəbəkəsinin yaradılmasında telefon rabitəsindən istifadənin qeyri-effektivliyini və paket kommutasiya nəzəriyyəsinin üstünlüyünü aşkar etdi.