Resept:Şokoladlı dondurma: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Cekli829 (müzakirə | töhfələr)
k Şokoladlı dondurma adı dəyişildi. Yeni adı: Resept:Şokoladlı dondurma
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 10:
}}
 
== LazımŞokoladlı olandondurma ərzaqlar(1) ==
=== Lazım olan ərzaqlar ===
 
*100 qram şokolad,
Sətir 17 ⟶ 18:
*250 qram qaymaq.
 
=== Hazırlanma qaydası ===
 
Öncə şokolad əzilərək bir qaba tökülür. Sonra bu qab içərisində qaynar su olan digər bir qabin içərisinə qoyulur. Eləki şokolad əridi, onun üzərinə 20 qram şəkər və nəzərdə tutulmuş südü əlavə edilib qarışdırılır. Alınan kütlə soyudulur.. Qaymaq qalmış 40 qram şəkərlə çalınaraq, şokoladlı kütləyə əlavə olunur. Qarışıq soyuducunun buz kamerasına qoyulur. Nəzərinizə çatdırırq ki, şokoladın əvəzinə 40 qram kakao tozu və 40 qram şəkər də götürmək olar.
 
== Şokoladlı dondurma (2) ==
=== Lazım olan ərzaqlar ===
 
*2 stəkan süd (yağlı və ya yağı az ola bilər, amma yağlı olsa daha ləzzətli olar)
*1 konserv bankası (390 qramlıq) qatılaşmış süd (squshennoye moloko)
*3 xörək qaşığı tünd şəkərsiz kakao (şirin kakao tozu vursanız dondurmanız həddindən artıq şirin olar)
*1 xörək qaşığı qarğıdalı nişastası
 
=== Hazırlanması ===
Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.
 
Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.
Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.
 
Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın. Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır.
[[Kateqoriya:Dondurmalar]]