İnternetdə axtarış sistemləri/Axtarış sistemləri: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Irada (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 4:
İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq, alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bu xidmətləri əldə etmək üçün insanlar ilk növbədə İnternetdəki axtarış sistemlərindən istifadə edirlər.
 
[[Şəkil:US Share of Searches.jpg|250px|thumbnail|Axtariş sistemlərinin müraciətlərin sayına görə fərqi]]
İnternet şəbəkəsində informasiyanın sürətli artması şəbəkədə lazım olan informasiyanın axtarışını çətinləşdirir. Ekspertlərin dediyinə görə İnternerlə ötürülən informasiyanın həcmi hər yarım ildə iki dəfə artır. Hər gün milyonlarla yeni sənədlər yaranır və axtarış sistemləri olmasa onların İnternetdə axtarışı mümkün olmazdı. Qlobal şəbəkədə milyardlarla informasiya resursları içində asanlıqla lazım olanı seçə bilən axtarış sistemlərinə tələbat artmaqdadır. İnternetdə müasir axtarış sistemləri fəaliyyət göstərir. Hələ bir-neçə il öncə belə bir fikir var idi ki, "İnternetdə hər şey var, lakin lazım olanı tapmaq mümkün deyil". Lakin informasiya kataloqlarının, axtarış sistemlərinin və axtarış proqramlarının yaranması ilə vəziyyət dəyişmişdir. İndi çox zaman lazım olan informasiyanı İnternetdən tapmaq daha tez olur, nəinki masa üzərindəki kitabdan.