Resept:Fransız salatı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Irada (müzakirə | töhfələr)
Səhifəni '{{Resept | Kateqoriya = Salatlar | Porsiya = 6 | Vaxt = 50 dəq. | Hazırlanma mürəkkəbliyi = 3 | Enerji qiyməti = 200 kkal. | Şəkil = Şəkil:Yam kun chien...' ilə yarat
(Fərq yoxdur)

12:25, 1 fevral 2013 tarixindəki versiya

Lazım olan ərzaqlar

  • 3-4 ədəd kartof
  • 3 ədəd kök
  • Çuğundur
  • Bir qədər ağ kələm
  • 1 ədəd baş soğan
  • 500 qr mal əti
  • Sirkə
  • Soya sosu
  • Qara və qırmızı istiot,duz

Hazırlanması

Əti xırda-xırda doğrayıb,az yağda tavada qızardırıq. Paralel olaraq kartofdan başqa (kartof sulanmasın deyə) bütün tərəvəzləri rəndədən keçiririk. Rəndələnmiş tərəvəzlərə qızardılmış əti əlavə edirik. Sonra kartofun qabığını soyub,onu da rəndələyirik və tavada qırmızı rəng alana qədər qızardırıq. Qızardılmış kartofu da Tərəvəzlər və ətin üzərinə əlavə edirik. 5% - li sirkə, soya sosu və ədviyyatları qarışdırıb salatın üzərində gəzdiririk. Salatımız hazırdır.

Mənbə