Resept:Xəmiraşı

(Xəmiraşı səhifəsindən yönləndirilmişdir)

LazımdırRedaktə

  • Qoyun əti – 163 q.,
  • buğda unu – 35 q.,
  • yumurta -1/4 əd.,
  • ərinmiş yağ – 10 q.,
  • ağ lobya – 20 q.,
  • şərab sirkəsi – 10 q.,
  • baş soğan – 20 q.,
  • keşniş – 20 q.,
  • quru nanə – 1 q.,
  • istiot, duz.

HazırlanmasıRedaktə

Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazin lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftəcikləri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.

Süfrəyə verilməsiRedaktə

Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə quru nanə səpilir. Şərab sirkəsi ayrıca verilir.

Xarici keçidlərRedaktə

Xəmiraşı necə hazırlanır