Xidməti proqramlar/Antivirus proqramları

../ Xidməti proqramlar

../


Viruslar müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:

  1. Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner.
  2. Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.
  3. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.
  4. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqaisə edilir. Faylların kontrol cəmi yoxlanılır.

Son zamanlar ən populyar antivirus proqramları:

  1. Antivirus Касперского Personal.
  2. Nod 32.