Xidməti proqramlar/Fayl və qovluqların arxivləşdirilməsi

../ Xidməti proqramlar

../


Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:

  1. İstifadə olunan arxivatordan.
  2. Sıxma üsulundan.
  3. Faylın tipindən.

Arxivləşdirmənin iki səbəbi var:

  1. İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
  2. Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.

Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv sürəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır.

Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP.

Windows əməliyyat sistemlərində əsasən WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.

Proqramı işə salmaq üçün:

  1. Start (Старт) → Proqrams (Программы) → WinRAR → [Bakcomp – WinRAR] pəncərəsi açılır → arxivləşdirilməsi lazım olan fayl və ya qovluq açılan pəncərədə göstərilir → [Добавить] düyməsi basılır.
  2. Fayl və ya qovluğun üzərində kontekst menyu açılır → «Добавить в Архив…» əmri verilir → açılan [Имя и параметры архива] pəncərəsində arxiv faylın yerləşəcəyi qovluq göstərilir → OK.

Arxiv olunacaq fayl və ya qovluğa parol qoymaq üçün: [Имя и параметры архива] pəncərəsində [Дополнительный] hissəsinə keçilir → [Установить пароль] →[Архивация с паролем] pəncərəsində parol təyin edilir → OK.