Xocalı soyqırımı/Xocalı
Xocalı soyqırımı Müəllif: Zakir Şəhriyaz |
Xocalı faciəsinin ildönümünə
Bu nə müsibətdi gəldi başına,
Sinəsi yaralı qalan Xocalı.
Hayını duymadı bu bədbəxt dünya,
Elindən aralı qalan Xocalı.
Gözəl günlərini gör neylədilər,
Adına çox böhtan, şər söylədilər.
Kafirlər birləşib qəsd eylədilər,
Dağıldı düzlərə balan Xocalı.
Şəhriyaz, vaxt gələr haqsızlar susar,
Ədalət onları kəndirdən asar.
Sənə qan udduran özü qan qusar,
Olar qisasını alan Xocalı.