Yemçilik/Yonca/Yonca senajı

../ Yemçilik/Yonca

../

Senaj üçün yaşıl kütlə, əsasən yoncanın qönçələnməsi zamanı çalınmalıdır. Çalınmış kütlənin toplanma müddəti 3-4 saatdan çox çəkməməlidir. Senaj basdırılarkən yoncanın yaşıl kütləsi 6-8 sm böyüklüyündə doğranıb, xüsusi aqreqatda 50-55% nəmliyə qədər soluxdurulur. Soluxdurulmuş kütlə daşınıb xəndək və quyulara doldurulur, ağır traktorlarla möhkəm preslənir. Bundan sonra kütlənin üstü polietilen örtüklə örtülür. Quyu və xəndək olmadıqda senajı qüllələrdə də basdırmaq olar. Senajın 1 kq-da 0,35-0,40 yem vahidi, 75-90 qr həzmə gedən zülal, 40 mq-dan çox karotin vardır.