←../ | Yemçilik/Yonca |
../→ |
Tarla növbəli əkinlərində yonca əsas etibarı ilə, örtükaltı bitki olmaqla, saf halda və ya taxıl otları ilə qarışıq halda yetişdirilir. Yonca yaxşı gübrələnmiş herikdən sonra əkilən taxıl bitkiləri altına və ya yaxşı gübrələnmiş, cərgəaraları becərilən bitkılərdən sonra əkilən yazlıq taxıl altına səpilir. Suvarılan torpaqlarda və yem növbəli əkinlərində yonca və taxıl otları örtük bitkisiz əkılir, çünki bu halda onlar əkildiyi ildə quru ot məhsulu verir.