Zavallı ermənilər, yoxsa zalım ermənilər

Zavallı ermənilər, yoxsa zalım ermənilər
Müəllif: Eldar İsmayıl
şair-publisist, Əməkdar jurnalist


"ZAVALLI" ERMƏNİLƏR, YOXSA ZALIM ERMƏNİLƏR

(ERMƏNİLƏR XOCALI SOYQIRIMINDAN ƏVVƏL NƏLƏR TÖRƏTMİŞLƏR)

Erməni soyqırımı məsələsi necə və haradan meydana çıxdı? Nəyə görə türklər ermənilərə qarşı qətliam törədiblər? Doğrudanmı belə olub? Yoxsa insan qırğınları Türkiyəni arxadan vuran, parçalamaq istəyən, erməni dövləti qurmaq marağında olan bir millətin xəyanətinin nəticələrimi?

TÜRK ƏRAZİSİNDƏ ERMƏNİ DÖVLƏTİ QURMAQ ARZUSU redaktə

Çox ciddi şəkildə erməni dövləti yaratmaq istəyən ermənilər Avropada, Amerikada öz havadarlarını axtarmaqla Türkiyə ərazisində öz dövlətlərini qurmaq istəyirdilər. Onlar bu sövdalaşmalarda xristian amilinə söykənərək, yeri gələndə dövlət başçılarını ələ almaq üçün bahalı hədiyyələr də təklif edirdilər. Ermənilər yaxşı bilirdilər ki, Avropa dövlətləri hər vaxt Türkiyəni parçalayb yox etməyə hazırdılar. Məhz ermənilər belə bir durumdan da yararlanmağa çalışırdılar. Xüsusilə, Rusiya erməni dövləti yaratmaq üçün bütün vacib mexanizmləri işə salmışdı. Rusiya erməniləri hərbi silah və sursatla təmin edir, hərtərəfli yardımlar göstərir, Türkiyə ilə müharibəyə hazırlayırdı. Rusiya xarici işlər naziri Lobanov – Rostovskinin ortaya atdığı “Rusiya hüdudlarında ermənisiz bir Ermənistan” nəzəriyyəsi rusların erməni siyasətini çılpaqlığı ilə açıb göstərən bir faktordur.

Türkiyədə vəziyyətin düzəlməsini istəməyən İngiltərə, Fransa hökumətləri də ermənilərə arxa- dayaq olaraq güclü təbliğat aparırdılar. Hətta onlar belə bir müddəa ortaya atmışdılar ki, erməni silahlılarına göstərilən hər hansı müqavimətlə bağlı soyqırım iddiası ortaya çıxa bilər. Demək “erməni soyqırımı”nın gündəmə gətirilməsi hələ 1915-ci ildən xeyli əvvəl diqqət mərkəzində olmuşdur.

Fransız ruhanisi Touclıt 1916-cı ilin fevralında “Ocuvre dorient” cəmiyyətində təşkil olunmuş konfransda 1915-ci il hadisələrinə münasibət bildirərək demişdir: “Hadisələr erməni inqilabçılarının müsəlmanları öldürmələri ilə başlanmışdır. Bu işin təfərrüatını bilmirik. Ermənilərin yaydıqları məlumatlara da inanmaq qeyri-mümkündür”.

Ermənilər “erməni soyqırımı”ndan bəhs edərkən gəlin tarixə bərabər səyahət edək., görək ermənilər nə kimi soyqırımların müəllifidir... Dəhşətli “Xocalı soyqırımı”na yön tutmazdan əvvəl görək ermənilər daha hansı soyqırımlara imza atıblar? İndiki Ermənistan İrəvan xanlığının ərazisində qurulmuşdur. Əhalisinin 80 %-i Azərbaycan türkləri olan bu torpaqda bu gün bir nəfər azərbaycanlı yaşamır. Bəs bu insanlar öz razılığı iləmi bu torpaqları tərk edib ermənilərə bağişlamışlar! Yoxsa erməni silahlılarının qəddarlığı, törətdiyi soyqırımlar nəticəsində iki min illik dədə-baba torpaqlarında qətlə yetirilmiş, yaxud zülümlə çıxarılmışlar?

1600-cü illərdən varlı erməni tacirləri erməni dövləti yaratmaq xəyalına düşdülər. Bu dövrlərdə Rusiya ilə İran arasında ticarət əlaqələri erməni tacirləri tərəfindən həyata keçirilirdi. 1660-cı ildə Culfalı Xoca Zakar Sarhadov Çar Aleksey Mixayloviçə “ ermənilərə qarşı xüsusi lütfikarlığına görə“ “Almaz taxt” hədiyyə etmişdi.

1701-ci ildə İsrail Ori adlı erməni arximandrit Minas Vartapedlə birlikdə Bavariya knyazının elçisi kimi Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından Çara qırmızı məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları qızıla çəkilmiş gümüşlə əhatə edilmiş türk yəhəri hədiyyə edirlər. Yəhər Çarın xoşuna gəlir, necə deyərlər, onun gözünü qamaşdırır. Ermənilər sonralar da Çarla nəinki əlaqəni kəsməmişlər, hətta müxtəlif “hədiyyələrlə“ Çarın sarayına yol tapmışlar. Bütün bunlar erməni dövləti yaratmaq üçün edilirdi.

1798-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski və Moskva varlısı İvan Lazaryev (Hovhanes Lazaryan) Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparmışlar. Onlar bildirmişlər ki, Türkiyə ilə İran sərhəddinin kəsişdiyi yerdə erməni dövləti qurmaq vacib məsələdi. Bu fikir rus hökuməti əyanlarının xoşuna gəlir.

1828-ci ildə İrəvan xanlığının işğalından və Türkmənçay müqaviləsindən dərhal sonra İrandan, Türkiyədən bu əraziyə ermənilər köçürülməyə başlandı. İrəvan xanlığının ərazisi “Erməni vilayəti” adlandırıldı. Bu ərazidə böyük vəchlə erməni dövləti yaratmaq Çar Rusiyasının canfəşanlığı sayəsində həyata keçsə də, Fransa və İngiltərənin yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Ermənilərin fəallığını daha da artırmaq üçün yeni bir təşkilata ehtiyac duyulurdu. Nəhayət, Rusiyanın himayəsi ilə 1890-cı ildə Tiflisdə Daşnakstyun təsis edildi.

Məqsədləri üsyanlar yolu ilə Türkiyə Ermənistanı üçün siyasi və iqtisadi hürriyyət qazanmaq idi. Komitənin təşkilatına verdiyi əmrdə deyilirdi: “türkü, kürdü hər yerdə, hər cür şəraitdə vur. Mürtəceləri, dinindən dönənləri, erməni xəfiyyələrini, xainləri öldür. İntiqam al.”

İstəkləri: daxildə üsyanlar edib, sonradan Bolqarıstan və Livanda olduğu kimi bir muxtar idarə əldə etmək. Son nəticə “Böyök Ermənistan” yaradılmalıdır. Qarşıda duran məqsədə çatmaq üçün bütün vəzifələri; qanlı qırğınları, iğtişaşları və bu işə rəhbərliyi “Daşnakstyun” siyasi təşkilatı və partiyası öz üzərinə götürmüşdü. Tapşırığa əsasən ermənilər iğtişaşlar törətməli, türklərə və kürdlərə hücumlar edib, qırğınlar törətməli idilər. Marıqda duran Avropanın kütləvi informasiya vasitələri türklərin erməniləri qırmaları haqqında dünyaya səs salmalı idilər. Bu plan olduğu kimi həyata keçirilirdi. Deməli “erməni soyqırımı“ adlı yalana Amerika, Rusiya, İngiltərə və Fransa hələ çox-çox əvvəllər hazırlaşmış və təməlini qoymuşdular. “Daşnakstyun” partiyasının təbliğat maşını təkcə İrəvanda, Tiflisdə deyil, Bakıda da işə salınmışdı. Ermənilər 1905-ci ilin fevralın 6-da Bakıda, fevralın 21-23-də İrəvanda, mayın 5 və 7-də Naxçıvanda qırğınlar törətdilər.

Mayın 23-də İrəvanda Qarsaçay bağçasında müsəlman gənclərinə hücumla qırğın yenidən alovlanır. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə, 3-də Güllücə kəndinə hücum edirlər. Əliyalın əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçıb sığınır. Burada qırğınlar 18 gün davam etmişdir. Şörəyöl, Pəmbək, Eçmiədzin (Üçkilsə) qəzalarında da əhalini qıraraq sonuna çıxmışlar. Burada nə insaf, nə mürvət, nə insanlıq yada düşməmişdir. Həmişə belə olmuşdur. Ermənilər uşağın, qocanın, qadının ayrı-ayrı əzalarını doğrayıb, başlarını kəsəndə nümayişkəranə qürur duymuşlar.

M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdiyi qanlı qırğınları, soyqırımlarını qələmə alarkən yazır: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi.”

“Böyük Ermənistan” yaratmaq iddiası ermənilərin qanını coşdurmuşdu. Rusiyanın hərtərəfli dəstəyi ilə, İngiltərə və Fransanın “qorxma-qorxma” fitvasına arxalanan ermənilərin gözünü qan örtmüşdü. İrəvan xanlığını və digər bölgələri ələ keçirmək üçün böyük fəlakətlər törədirdilər.

1905-ci iyun ayının 9-da təpədən-dırnağa silahlanmış ermənilər Eçmiədzinin Təkiə kəndinə hücum etmiş, kənd camaatını vəhşicəsinə güllədən və qılıncdan keçirmiş, Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurub, 200 cild Quran və müqəddəs kitabları yandırmışlar. Qafanın Karxana kəndindən qaçıb qayaların arasında sığınacaq tapmış, 30-dan artıq qadını vəhşicəsinə məhv etmişdilər.

Ara vermədən amansız hücumlarda İrəvan quberniyasında məqsədlərinə nail olan erməni cəlladları Qarabağa, 1905-ci ilin noyabrında Gəncə şəhərinə soxulurlar. Böyük qətliamlar törədirlər.

Məqsəd aydın idi, türk-müsəlman əhalini bu ərazidən vurub çıxarmaq... Çıxmadıqda ucdantutma, böyük-kiçik demədən məhv etmək. Nəticədə erməni dövləti qurmaq. 1905-1906-cı illərdə ermənilər İrəvan və Gəncə quberniyasında 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, əhalisini qəddarlıqla məhv etmişlər. Ancaq erməninin arxasında dayanıb “vur” deyən dövlətlərin biri bu məsələdə səsini çıxarmamışdır. Avqust ayının 1-də silahlı ermənilər Zəngəzurun 3500 nəfərlik Qatar kəndinə hücum etmişlər. Daha sonra Aralıq, Pirdavdan, Atqız kəndləri də yerlə-yeksan olmuşdu.

1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə və sonralar İtaliya arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar keçirilmişdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 vilayətində “Qərbi Ermənistan” dövləti yaratmağa can atırdılar. “Daşnakstyun” partiyasının 1912-ci ildə təşkil etdiyi Erməni milli bürosu 1914-cü il imperialist müharibəsi zamanı ermənilərin Çar Rusiyası tərəfindən müharibəyə cəlb edilməsi üçün geniş kampaniya aparırdı.

Rusiya Türkiyə ilə müharibə apardıqda hər biri 400 nəfərdən ibarət dörd erməni könüllü dəstəsi hazırlayacaqlarını bildirmişdilər. 1919-cu ilin avqustunda Qafqaz cəbhəsinin baş komandanı Vorontsov Daşkov Türkiyədəki erməniləri və yunanları silahlandırmaq üçün 25 min töfəng və 12 milyon güllə gətirtmişdi.

Bu zaman erməni könüllü dəstələri həm də xaricdə hazırlanırdı. Bolqarıstandan, Fransadan, Amerikadan 1000-ə yaxın erməni könüllüs gəlmişdi. Leoda “Mari” adlı əsərində Daşnakstyun partiyasının məqsədini açıqlayaraq yazır: “Könüllü erməni hissələri ilə Andranik Vana yaxınlaşar-yaxınlaşmaz oradakı daşnaklar da dağlara çıxacaq və üsyan edəcəkdilər. 1915-ci ilin aprel ayında üsyan başlanacaqdı. Katalikos 10000 silahlı döyüşünün müharibədə iştirak etdiyini bildirdi.”

1914-cü ilin oktyabr ayında Çar Rusiyası ilə birlikdə daşnaklar da Türkiyəyə müharibə elan etmişlər. Türkiyə təəbəsi olan ermənilər də ruslara qoşularaq həmin bandalara birləşmişdilər. Ruslar sərhədi keçərkən ermənilər üsyan edib Van şəhərini ələ keçirdilər. Türk ordusuna qarşı vuruşan silahlı ermənilərin sayının 180 minə qədər olduğu müxtəlif mənbələrdə göstərilmişdir. Ermənilər Türkiyənin bütün bölgələrində üsyanlar, daüıntılar, sabotajlar edirdi. Rusiyanın fitvası ilə daşnaklar dəniz kimi çalxalanırdı.

Əvvəlcədən verilmiş göstərişə görə Vanda türk kəndlərinə basqınlar edərək əllərinə keçən uşaüı, qadını, qocanı fərq qoymadan amansızlıqla məhv etdilər. Məscidləri, türbələri, bəzən kəndi və şəhəri yandırıb yerlə-yeksan etdilər.

Amerikada çap olunan “Qoçnak” qəzetinin 24 may 1915-ci il sayında ermənilər iftixarla yazmışlar: “Vanı əldə etdik, qalanı aldıq. Vanda ancaq 1500-ə qədər qadın və uşaqdan başqa türk qalmayıb” deyərək iki gün içində böyük Van şəhərində bütün türk əhalisini qırdıqlarını etiraf etmişlər. Böyök rus yazıçısı, Sankt-Peterburqda yaşayan Yuri Pompeyev 1992-ci ildə Sankt-Peterburqda çap etdirdiyi “Qarabağ qan içində“ sənədli oçerkində erməni ikiüzlülüyünü tam açıqlayaraq ortaya qoyur.

Yazıçı Strasburqdakı Şərq Tədqiqatları İnstutunun direktoru Pyer Dumonun erməni genosidi barədə mülahizələrini təhlil edərək yazır: 1989-cu ildə ABŞ senatı qarşıdan gələn 1990-cı ilin “erməni genosidi ili” elan olunmasını təklif etdikdə Pyer Dumon Avropa və Amerika qəzetlərində sensasiya doğuran belə bir bəyanat yaydı ki, Osmanlı imperiyası Türkiyə ərazisini erməni əhalisindən tamamilə təmizləmək barədə qoşunlara əmr göndərdiyi və bu işdə marağı olan siyasətçilərin son 70 il ərzində tarixi dəlil kimi istinad etdiyi xösusi teleqram həyatda ümumiyyətlə mövcud olmamışdır.

Tanınmış alim qeyd edərək bildirmişdir ki, Birinci Dünya Müharibəsində Türkiyənin Şərqində yaşayan erməniləri rus və ingilis möşavirləri rus və ingilis töfəngləri, pulemyotları və topları ilə silahlandıraraq zinvor (boyevik) dəstələr yaratmış və yerli dinc əhaliyə qarşı amansız möbarizə apararaq 60 minə yaxın törk və kürd əhalisini məhv etmişlər (bu və başqa məlumatları Pyer Dumon təkcə Türkiyə arxivlərindən deyil, həm də Böyök Britaniya və Fransa Xarici İşlər Nazirliklərinin arxivlərindən götörmöşdör). Ruslarla birgə əməliyyat aparan erməni boevik dəstələri öz işğalçılıq əməllərindən və dinc əhaliyə qarşı törətdikləri cinayət əməlindən fərəhlənir, “məşhurlaşır”dılar. Ümidsiz vəziyyətdə qalmış kürdlər rus qoşunlarına və erməni zinvor birləşmələrinə qarşı amansız partizan möharibəsi etdilər. Üsyançılara türk nizami ordusu da kömək edirdi. Bu zaman rus qoşunları və zinvor dəstələri-Zaqafqaziyaya qaçmağa məcbur olur. Kütləvi səs-köy yaratmaq üçün onlar erməni kəndlərinə də höcum edirlər. Qisasa-qisas alaraq öz əməllərinin cəzasına cavab olaraq 300 minə qədər erməni məhv edildi.

Pyer Dumonun uzun müddət apardığı tədqiqatdan məlum olur ki, faciəli 1915-ci ildən başlayaraq bu günə qədər ermənilərə qarşı heç bir genosid olmayıb, yalnız bu “genosid” müasir siyasətbazların xülyasının məhsuludur. Dinc kürd, türk və erməni xalqına qarşı yönəldilmiş bu hərbi əməliyyatın səbəbkarı Avropa, Amerika və Rusiya siyasətçilərinin toruna düşmüş daşnakların özlərinin özlərinə və başqa millətlərə qarşı apardıqları “Böyök Ermənistan” iddiasının həyata keçirilməsi nəticəsində 2 milyona yaxın insan tələf olmuşdur. Pyer Dumon qeyd edir ki, həmin dövrdə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının sərhədləri daxilində cəmi 1,4 milyon erməni yaşayırdı.

Pyer Dumon ABŞ senatına önvanladıüı bəyanatı aşaüıdakı fikri ilə tamamlayır: “Qoy siyasətçilər tarixə müdaxilə etməsinlər, onların müdaxiləsi həmişə saxtakarlıqla müşayiət olunur”.

Pyer Dumonun qeyd etdiyi kimi Vanda məhv edilən 60 min dinc əhalinin qətliamına türk hökuməti dözə bilməzdi. Belə bir vəziyyətlə öz-özə qalan hökumət tədbir görmək məcburiyyətində qaldı. 24 may 1915-ci ildə təhlükəli şəxsləri fərdi və ya cəm halında başqa bölgələrə köçürmək haqqında məşhur “Köçürmə qanunu”nu çıxardı.

Ölkəni qan çəlləyinə çevirmiş ermənilər haqqında köçürmə qərarını çıxarmaqdan başqa Türkiyə hökumətinin başqa çarəsi qalmamışdı. Türkiyənin bu ərəfədə başını qaşımaga macalı yox idi. İngiltərə və Fransa tarixdə ən böyük donanma ilə Türkiyə üzərinə hücum etmişdi. Türkiyəyə qarşı müharibədə 500.000 döyüşçü iştirak edirdi. Çanakqalada Türk ordusu hər gün minlərlə şəhid verirdi. Köçürmə qərarını sindirə bilməyən İngiltərə, Fransa və Rusiya Osmanlı imperatorluğuna qarşı təbliğat kampaniyasına başladı və erməni soyqırımını da bu dövlətlər gündəmə gətirdilər.

“Zavallı, əzabkeş erməni milləti”nin təbligatı genişləndirildi. Amma bu “zavallı ermənilər”in necə vəhşiçiliklə qan tökmələrinin fərqinə varan olmadı. Ermənilərin uydurma 1915-ci il “erməni soyqırımı“nı inkar edən mənbələrdən biri də Vandakı Fransız konsulu Zarzeçkinin 1914-cö ildə verdiyi məlumatdır. Onun məlumatına görə Türkiyədə 1.300.000, Rusiyada 1.100.000, İranda 100.000. Amerika, Misir, Polşa, Ruminiya və Bolqarıstanda 500.000 olduüunu göstərir. Müxtəlif rəqəmlərlə soyqırım məsələsini ortaya atan ermənilər həmin dövrdə Türkiyədə əgər 1.300.000 nəfər idisə bəs necə oldu ki, 1,5, yaxud 2 milyon erməni soyqırımına məruz qaldı?

Həqiqət ondadır ki, indi Ermənistan adlanan qədim türk torpaqları özərində öz dövlətini qurmuş ermənilər bu torpağın köklü əhalisini dönyada alternativi olmayan fiziki və mənəvi soyqırımına məruz qoymuşlar. Hazırda isə Azərbaycanın dörddə birini işğal etmişlər.

Bu gün Ermənistanda olan 30-dan artıq inzibati rayonun hamısı vaxtı ilə Azərbaycan türklərinin yaşayış məskəni olub.

ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu?” kitabında Çar Rusiyasının müstəmləkə siyasətini xarakterizə edərkən yazır ki, tarixi həqiqət budur ki, rus imperiyasının sərhədlərinin genişləndirilməsi Qafqazda və Şərqi Anadoluda yaşayan xalqların ənənəvi nisbətini alt-üst etmişdir. Buradakı bütün millətlər əzaba düçar olmuşdur. Maraqlıdır ki, müsəlmanları genosid təşəbbüsçüsü kimi görmək istəyənlər heç vəchlə onların özlərinin genosid qurbanları olduğunu etiraf etmək istəmirlər.

Q.Muradyan qaraüuruhunun əli ilə Göyçə gölünün şimal sahilindəki azərbaycanlı kəndlərinin darmadaüın edilməsini böyök məmnunluqla etiraf edərək yazırdı: “Bizim hökumətin tədbirləri sayəsində bu kəndlərin (Toxluca, Aübulaq, Ardanış və başqaları) əhalisi Ermənistan sərhəddini tərk elədilər. Tərk edilmiş kəndlərdə mən pişik və itlərin necə uladığının şahidi oldum. Bu kəndlərin əhalisi külli miqdarda kartof, buğda və arpa səpmişdi. Hökumət bu kəndlərin ərazilərindən iki milyon puddan çox buüda və yarım milyon pud kartof yıüa bilər”.

Daşnak sərkərdəsi Sulikovun qoşunu Göyçənin böyök kəndlərindən olan Şişqayanı odlara qaladı. İclas adı altında camaatı bir neçə böyök evlərə doldurub od verdirdi. 700-ə yaxın adam yanıb köl oldu. Çıxıb qaçanlar isə gülləbaran edilərək məhv edildi. Nəhayət, Səməd Aüanın və Məşədi İsanın başçılığı ilə Zodda Sulikov öldürüldü. Səməd Ağa ilə Aşıq Nəcəf tutulub Basarkeçər qalasında həbs edildi. Qaranlıq (indiki Martuni) və Kəvərin bir sıra kəndlərində kütləvi qırğın başladı. Aşıq Nəcəfin kürəyinə qaynar samavar bağlayıb zalımlıqla öldürdülər.

Vahram yazır: “Mən Basarkeçərin tatar əhalisini heç nəyə məhəl qoymadan məhv etdim. Bəzən gülləyə də heyfim gəlirdi. Bu itlər üçün ən düzgün vasitə döyüşdən sonra yaralananların hamısını bir quyuya yığıb üzərlərinə ağır daşlar yığmaqdır ki, onlar bir də yer üzündə olmasınlar. Mən belə də edirdim: bütün qadınları, kişiləri və uşaqları yığıb quyulara doldurub başlarına daş töküb öldürdüm”.

1919-cu ilin yazında Andronikin başçılıq etdiyi nizami ordu Göyçə gölünün şimal və cənub sahilləri ilə Şərqə tərəf irəliləyirdi. Azərbaycanlılardan ibarət özünümüdafiə dəstələri düşmənə tutarlı müqavimət göstərsələr də onun qarşısını tam ala bilmirdilər. Qadınları, uşaqları və qocaları Zodun Ağ qaya və Hüseynqulu ağanın (Nərimanlı) yaylağındakı “Yal” aşırımından Kəlbəcər tərəfə keçirməli oldular. Çalmalı dağının ətəyində olan bu aşırımdan keçərkən yüzlərlə insan və minlərlə mal-qoyun borana düşüb qırıldı. Oradakı dərə o vaxtdan “Sümük tökülən” dərə adlanır.

1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər hakimiyyətdə olan Daşnak hökuməti azərbaycanlıların qanına susamışdı. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdular. 1920-ci ilin əvvəllərinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanına çevrildi. 1919-cu ilin noyabr-dekabr aylarında Türkiyəyə və İrana 250 minə qədər qaçqın axıb getmişdi.

M.B.Məmmədzadə Türkiyədə dərc olunan “Azərbaycan” dərgisinin 1954-cü il 92-ci sayında yazırdı ki, Azərbaycan parlamenti 1920-ci il tarixli iclasında Ermənistan hüdudlarından Azərbaycana gəlmiş 300 mindən artıq köçkün məsələsini müzakirə etmişdir.

Daşnak hökuməti azərbaycanlıları təkcə cismani məhv etməklə kifayətlənmir, həmçinin mənəvi repressiyaya da məruz qoyurdu. Bir mənbədən oxuyuruq: təkcə Ermənistanda “daşnakstyunun 30 aylıq ağalığı dövründə azərbaycanlı əhalinin əlində olan torpağın 60 faizi müsadirə edilmişdir” Bir daşnak “xadimi” ermənilərin cinayətkarlıqda əli olduğunu etiraf edərək hökumət başçısı A.Ohancanyana yazırdı: “Zəngibasar bizim əlimizdədir. Çox varlı olan bu diyar borcumuzu bir neçə dəfə artıqlaması ilə ödəməyə imkan verəcək. Artıq iki gündür ki, burada görünməmiş talan-buğda, arpa, samavar, xalça, pul, qızılın daşınması gedir... Maliyyə naziri bura ancaq axşam öz agentini və təşkil olunmamış qüvvəsini göndərib... Böyük sərvət əlimizdən çıxır...”

Azərbaycan parlamenti 1919-cu il yanvarın 8-də İrəvan quberniyası əhalisinin bir qrupunun və İrəvan millət vəkillərinin bəyanatını müzakirə etdi. Bəyanatın sonunda deyilir: “İrəvan quberniyasının bütünlüklə müsəlmanlar arasında yaşayan hissələrinin tarixi, məişəti və digər cəhətlərdən Azərbaycanın ayrılmaz hissəsini təşkil etdiyini, bu ərazinin zorla müsəlmanlardan təmizlənməsi və erməni qaçqınlarının buraya köçürülməsinin yolverilməz olduğunu, bu ərazinin müqəddəratının sülh konfransı tərəfindən həll olunacağını nəzərə alaraq biz İrəvan quberniyası müsəlmanlarının aşağıda adları göstərilən nümayəndələri möhtərəm cənab sədr, sizdən xahiş edirik ki, İrəvan quberniyası müsəlman əhalisinin cismani məhvinin qarşını almaq üçün tədbirlər görəsiniz.”

1919-cu ilin martın sonlarında bütün cəbhə boyu üstünlüyü ələ alan erməni faşistləri aprelin 13-də Göyçədə 61 kəndi dağıdıb viran qoymuş, minlərlə Azərbaycan türkünü qəddarcasına məhv etmişlər.

Dağlıq zolağın 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanovun Gəncə qəzası rəisinin adına “Azərbaycan” qəzetinin 17 may, 1919-cu il tarixli sayında dərc olunmuş məlumatda deyilir: “Bu ilin 13 aprel tarixindən başlayaraq Ararat Respublikasının qoşunları Göyçə rayonunun Yeni Bayazid qəzasının dinc mösəlman əhalisinə qarşı hücuma keçmişdir. Məqsəd, Göyçə gölünün şərq və şimal hissəsini burada yaşayan müsəlmanlardan təmizləməkdir.

Hal-hazırda 60.000 əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış, əhalisi isə qırılmışdır. Bədbəxt müsəlman əhalisi, Göyçə müsəlmanlarını qırmağı qarşısına məqsəd qoymuş və bunu yerinə yetirən erməni qoşunlarının atəşləri ilə rəhmsizcəsinə məhv olur. Erməni hökumətinin və ermənilərin keçmiş qoşunlarına və tabeliyində olan müsəlman vətəndaşlarına qarşı belə vəhşilikləri gördükcə adam dəhşətə gəlir. Erməni qoşunları əllərinə düşən müsəlmanları heç vəchlə sağ buraxmır, ağlagəlməz işgəncələrlə onlara zülm edir, bəzi qadınları və yeniyetmə qızları çıxmaq şərtilə, qadınları, uşaqları, qocaları və gəncləri öldürürdülər, əhalinin malı, dövləti acgöz erməni qoşunları tərəfindən ələ keçirilib, öz aralarında bərabər bölüşdürülür, sağ qalanlar isə qoşunlar tərəfindən təqib edilir, çox az miqdarda Gəncə qəzasının beşinci sahəsinin kənarlarına axışıb gəlirlər. Qalan 17 kəndin sakinləri isə Cavanşir qəzasının dağlıq hissəsinə qaçır, daha doğrusu, 7-8 kəndin sakinləri erməni qoşunları tərəfindən təqib olunan Gəncə qəzasının 5-ci sahəsinin qarlı zirvələrində, dərələrdə gizlənirlər, qarın altında qalıb kütləvi şəkildə məhv olurlar. Ararat respublikasının məsələsi artıq həll olunub, artıq Göyçə rayonunda müsəlman qalmayıb. Hal-hazırda Yeni Bayazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır. Onlardan 22-si aprel ayının 13-20-si tarixlərində dağıdılmışdır. Bunlar: Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Hüseynquluağalı, Ağkilsə, Zod, Qulu Ağalı, B.Qaraqoyunlu, K.Qaraqoyunlu, Zərzibil, Canəhməd, İnəkdağı, Qaraiman, Kəsəmən, Başkənd, Kiçik Məzrə, Şişqaya, Baş Hacı, Qərib Qaya 15 mindən artıq evin əhalisi bütün malı, dövləti başlı başına buraxıb qaçmışlar. Bütün bu mal-dövlət hal-hazırda ermənilərə qalıb: qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir.”

Rusiyanın himayədarlıgından istifadə edən ermənilər bəzən Rusiyanın dövlət işlərinə də baş vurmaqdan, qarışmaqdan yan keçmirdilər. Açıq-aşkar tələb edirdilər ki, nə olur-olsun Rusiya Türkiyə ərazisində erməni dövləti qurmaq öhdəliyinə əməl etməlidir. Bu işdə yenə də onların hamisi daha cox İngiltərə və Fransa hökumətləri idi. V.İ.Lenin daşnak hökumətinin böyük dövlətçilik iddiasından bəhs edərək yazır: “Türkiyəni sovet Rusiyasına qarşı qaldırmaga, dostluq münasibətləri yaratmaq haqqında danışıqları pozmaga çalışan Antanta rəhbərləri fitnəkarlıqla daşnak Ermənistanının Türkiyəyə hücumunu təşkil edən Daşnaklar Türkiyəyə qarşı təcavözkar mövqe tutaraq, Kiçik Asiyanın təqribən yarısı daxil olmaqla “Böyük Ermənistan” yaratmaga can atırdılar”.

Əslində ermənilərə arxa-dayaq olmuş Lenin görünür həqiqəti deməyi də məqbul saymışdır. Ermənilərin həddən ziyada ərköyünlük etməsi proletariatın rəhbərini narahat etmişdir. V.İ.Lenin yazır ki, ermənilər Türkiyəyə hücum edir, sonra da qabagında dura bilmir, qaçıb geri gəlirlər. Bu o deməkdir ki, ay erməni, sən bizim kölgəmizdən kənarda Türkiyəyə heç nə edə bilməzsən...

Ermənilərin amansızlıqla törətdiyi vəhşiliklər işgal etdikləri ərazilərdən azərbaycanlıları tamamilə təmizləmək siyasətinin nəticəsi olsa da bir türk düşmançılıgı onları rahat buraxmırdı. Vaxtı ilə Osmanlı saraylarında yüksək vəzifələrdə işləyəndə yeddi qat əyilib təzim edən ermənilər, Avropa dövlətlərinin türk düşmənçılıgını görüb onlara qoşulmaga üstünlük verdilər.

Təpədən-dırnaga silahlanıb heç nədən xəbəri olmayan əliyalın insanları amansizlıqla məhv etməyə başladılar. Onları himayə edən böyük xristian dövlətlərinə arxalanaraq türk-müsəlman əhalisini yarpaq kimi biçib tökürdülər. Özləri yaxşı bilirdilər ki, onların hər addımı soyqırım törətməkdir. Lakin öz əməllərini ört-basdır etmək məqsədi ilə hay-haray salırdılar ki, türklər bizi qırdılar. Bununla onlar həm də Türkiyəyi suçlamaq, təzminatlar tələb etmək üçün işlənib hazirlanmış layihələrini həyata keçirirdilər.

İrəvan quberniyasının müsəlmanlarının amerikalılara xatırlatmasında deyilir: 88 kənd dagıdılmış, 1920 ev yandırılmış, 131.970 kişi öldürülmüşdür. (“Aşxadavor” (Əməkçi) qəzeti, 1919-cu il, № 231, 2 noyabr, s.3.)

İCEVAN (KARVANSARA) redaktə

  • Haqqıxlı – 1919-cu il. 540 nəfər yaşamışdır. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları baglayandan sonra evlərə od vermişıər. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınmış, qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir. 1922-ci ildə salamat qurtaranlardan bir qismi kəndə dönmüş. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurrbanı olmuşlar. Kənd erməniləşdirilmişdir.

BASARKEÇƏR redaktə

  • Zod – 1919-cu il. 2000 nəfər yaşamışdır. Kənd dagıdılıb yandırılmış, 270 nəfər dinc əhali böyük işgəncələrlə qətlə yetirilmişdir.

Yarpızlı – 1919-cu il. 800 nəfər yaşamışdır. Andranikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə - qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dagla-dərəylə Azərbaycana pənah gətirmişlər.

  • Kefli – 1919-cu il. Andronikin quldur dəstəsi əhalını qılıncdan keçirmiş, var-dövlətini talamışlar, Kənd xarabalıga çevrilmişdir.
  • Şişqaya – 1919-cu il. 1300 nəfər yaşamışdır. Daşnak polkovniki Sulikovun quldur dəstəsi kəndə gələrək iclas adı ilə camaatı evlərə və tövlələrə dolduraraq od vurub yandırmışlar. Qaçmaq istəyənin hamısı güllələnmiş və ya qılıncdan keçirilmişdir. 700-ə yaxın dinc əhali, o cümlədən qoca, uşaq, qadına qarşı şiddətli qətliam törədilmişdir.
  • Şəraba – 1919-cu il. Dagıdılmış, yandırılmış, insanlar qılınsdan keçirilmişdir. Burda kişilərin başını, qadınların döşünü kəsib, uşaqları təndirdə yandırmışlar. (Bax:“Azərbaycan” qəzeti, № 30, 9 fevral (27 yanvar 1919-cu il).

GÖZƏLDƏRƏ QARANLIQ redaktə

  • Xartlıq – 1918-ci il. 299 nəfər yaşamışdır. Tamamilə yer üzündən silinmiş, yalnız xaraba qalmışdır.
QEYD: Bu bölgə (sonradan Martuni) Rusiyanın işgalından (1828-ci il) dərhal sonra ən sürətlə erməniləşdirilən bölgə olmuşdur. Buraya Türkiyənin Alaşkerd, Muş və İğdir vilayətlərindən gətirilmiş 600 erməni ailəsi (5000 nəfər) yerləşdirilmişdir. (Bax: “Erməni Sovet Ensklopedisiyası”, c.7, səh. 353). 1918-ci ilə kimi bölgəyə İrandan, Türkiyədən gətirilmiş ermənilərin sayı 32104 nəfərə çatmışdı.

KƏVƏR redaktə

  • Hüseynbəyli – 1906-cı il. 608 nəfər yaşamışdır. Kəndi əhalisi ilə birlikdə yer üzündən silmişlər. Ölü kəndə çevrilmişdir.
  • Hacımugan – 1918-ci il. 1255 nəfər yaşamışdır. Andranikin əmri ilə kənd darmadagın edilmiş, əhali qılıncdan keçirilmişdir. Cox az sayda adam qaçıb qurtara bilmişdir. Mirəli və Miryaqub aga qardşlarının ailəsindən 18 nə başını kəsib masanın üstə düzüblər.
  • Əfəndi – 1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb.
  • Əyrivəng – 1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.
  • Agzıbir – 1918-ci il. 755 nəfər yaşamışdır. Agzıbir daşnakların yeritdiyi əsil genosid siyasətinin alovlandıgı nöqtələrdən biri olmuşdur. (Bax: Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə... s. 220).

QUQARK (KİROVAKAN) redaktə

  • Vartana – 1918-ci il. 120 nəfər yandırılıb öldürülmüşdür. 1988-ci ildə yenə bu kənddə 16 nəfər yandırılıb məhv edilmişdir.

AXTA (DƏRƏÇİÇƏK) redaktə

  • Bıglı – 1918-ci il. 900 nəfər yaşamışdır. Andranikin tapşırıgı ilə kənd yerlə-yeksa edilmişdir. Əhalisinin böyük qismi vəhşicəsinə məhv edilib. Sovet gələndən sonra qaçqın əhalini öz yerinə qaytarmaq çagırışına cavab olaraq 1922-ci ildə Bıglıya cəmi 53 nəfər qayıtmışdı.
  • Təkəli – 1918-ci il. 1100 nəfər yaşamışdır. Erməni silahlıları Təkəlini oda qalamış, əhalisini güllədən və qılıncdan keçirmişlər. Həmin soyqırımında təkəlilər 370 nəfər itirmişlər.
  • Ozanlar – 1918-ci il. 500 nəfər yaşamışdır. Qəddar erməni silahlıları kəndi mühasirəyə alaraq əhalini tamamilə qanina qəltan eləmişlər. Az sayda adam qurtara bilmişdir. Kənd bundan sonra ermənilərin əlinə keçmişdir.
  • Gümüş – 1918-ci il. 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də bir dəfəlik sahib olmuşlar. Sonralar ancaq qaçıb canını qurtarmış 174 nəfər adam hesaba alınmışdır.

KOTAYK redaktə

  • Qaraqala – 1918-ci il. 899 nəfər əhalisi olmuşdur. Böyük məçəqqətlə, zalımlıqla məhv edilən camaatın bir qismi Türkiyəyə qaçmışdır. 1922-ci ildə 20 nəfər dogma kəndə qayıtmış, lakin bu vaxt kənddə ermənilər yaşadıgını görmüşlər. Bir neçə ildən sonra sayı 60-a catmış azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır.
  • Qızqala – 1918-ci il. 415 nəfər yaşayıb. Ermənilər kəndin altını üstünə çevirmiş, aylarla insan cəsədləri xarabalıqlardan yıgılmamışdır. Qızqala ölü kəndə çevrilmişdir.
  • Zar – 1918-ci il. 1828-ci ildən sonra gəlmə ermənilər yerləşdirilmişdir. Kənddə 1500 nəfər azərbaycanlı yaşamışdır. Erməni hökumətinin genosid siyasəti nəticəsində azərbaycanlıların böyük bir qismi güllə-baran edilmiş, qılıncdan keçirilmiş salamat qalanlar isə kənddən çıxarılmışdır. 1822-ci ildə 52 nəfər köhnə yurda dönmüş, bir qədərdən sonra kəndi tərk etmişlər.
  • Kamal – 1918-ci il. 800 nəfər əhalisi olmuşdur. Qanlı qırgınlardan sonra kənd alt-üst olmuş, əhali qılıncdan keçirilmişdir. Kənd xarabalıga çevrilmişdir.
  • Nurnus – 1918-ci il. 700 nəfərlik kəndi yerlə-yeksan etmişlər. Əhalisinin böyük bir hissəsi amansızlıqla qırılmış, sag qalanlar isə işgəncələrlə qovulmuşdur. 1922-ci ildə ata-baba yurduna dönən 52 nəfər nurnuslu kəndə ermənilərin doldugunun şahidi olmuşlar.
  • Kənkan – 1918-ci il. 2500 nəfər əhalisi olmuşdur. Digər kəndlərdə oldugu kimi daşnak hökumətinin genosid siyasəti burda da öz əksini tapmışdır. Zalımlıqla məhv edilən kənddə 100-dən artıq körpə uşagın cəsədini saymışlar.

ZƏNGİBASAR redaktə

  • Böyük Çobankərə – 1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların soyqırım siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, o quduz cəlladlar uşaga, böyüyə, qadına rəhm etmədən qırmışlar. 1922-ci ildə kəndə 66 nəfər dönmüşdür.
  • Uluxanlı – 1918-ci il. 4000 nəfər əhali yaşamışdır. Andranik şəxsən rəhbərlik etmişdir. Silahlı quldur dəstələri kəndi yerlə-yeksan etmiş, qadına, uşaga məhəl qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə cəhd göstərmişlər. 1922-ci ildə kəndə qayıdanların sayı 1800 nəfər olmuşdur.
  • Həsənli – 1918-ci il. 670 nəfər yaşamışdır. Kənd daşnaklar tərəfindən yandırılmış əhalinin böyük bir hissəsi qılıncdan keçirilmiş, az hissəsi işgəncələrlə qaçıb canini qurtarmışdır. Kənd 9 il xaraba qalmış, 1926-cı ildə 87 nəfər dogma kəndin xarabalarında mənzil qurmuşlar.
  • Dəmirçi – 1918-ci il. 2500 nəfər yaşamışdır. Andranikin əmri ilə silahlı cəllad ermənilər bu kəndi yerlə-yeksan eləmiş, əhalisini qırmış, sag qalanları qovub çıxamışlar. 1922-ci ildə Sovet hökumətinin dnəmində 492 nəfər Dəmirçiyə dönmüşdür.

EÇMİƏDZİN redaktə

  • Ayarlı – 1918-ci il. 800 nəfər yaşamışdır. Kənd bütünlükdə soyqırım qurbanı olmuşdur. Əhalisinin əksəriyyəti işgəncələrlə öldürülmüş, salamat qalanlar didərgin düşmüşlər. Bundan sonra kəndə ermənilər yerləş¬dirilmişdir.
  • Qargabazarı – 1918-ci il. 790 nəfər yaşamışdır. Erməni daşnaq birləşmələri kəndi yerlə-yeksan etmiş, dagıdıb talamış, əhalisini amansızlıqla qırmışlar. Kənd bir neçə il xaraba qalmışdır. 1922-ci ildə 182 nəfər gəlib kəndi bərpa etməyə çalışmışlar. Tədricən azərbaycanlı əhali sıxışdırılıb, onlar 1948-ci ildə Sabirabadın Həşimxanlı kəndinə köçmüşlər.

ƏŞTƏRƏK redaktə

  • Pərsi – 1918-ci il. 400 nəfər əhalisi olmuşdur. Erməni silahlı dəstələri kəndi elə dagıtmış, əhalisini elə qırmışlar ki, kənd 1926-cı ilə kimi xaraba qalmışdır. Bundan sonra ermənilər yerləşdirilmişdir.
  • Hamamlı – 1918-ci il. 730 nəfər əhalisi olmuşdur. Erməni millətçilərinin soyqırım təşəbbüsünə uygun olaraq kənd əhalisini kütləvi və amansız şəkildə qırgına məruz qoymuşlar. Az miqdarda qaçıb canını qurtaran olub. 1922-ci ildə 88 nəfər kəndə dönmüş, 1940-cı illərin axırlarında kənd ləgv edilmişdir.

TALLİN redaktə

  • Quldərviş – 1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.
  • Əkərək – 1918-ci il. 670 nəfər əhalisi ollmuşdur. Daşnak hökumətinin fitvası ilə bandit dəsələri kəndi dagıtmış, əhalinin böyük hissəsini qırmış, salamat quraranları Türkiyəyə qaçmaga məcbur emişlər. Qaçqınlar yolda böyük tələfat vermişlər. Dərhal kəndə gəlmə ermənilər doldurulmuş, kəndin azərbaycanlı əhalisi haqda bilgi əldə edilməmişdir.

HOKTEMBERYAN (QURDQULU) redaktə

  • İydəli – 1918-ci il. 1000 nəfərdən ibarət əhalisi olan bu kənd erməni danak soyqırım siyasəi qurbanlarının bariz nümunəsidir. Kənd əhalisinə elə divan tutmşlar, elə qırmışlar ki, 1922-ci ildə ancaq 87 nəfər kəndə dönə bilib. Onlar da sıxışdırılıb çıxarılmış, kənd tamamilə erməniləşdirilmşdir.
  • Canfida – 1918-ci il. 1300 nəfər əhalis olmuşdur.. Daşnak hökumətinin fitvası ilə erməni silahlıları kəndin altını üstünə çevirmişlər. Əhalinin əksər hissəsini qəddarcasına məhv emişlər. Bundan sonra kənd erməniləşdirilmişdir.

ARTAŞAT redaktə

  • Qafarlı – 1918-ci il. 650 nəfər yaşamışdır. Andranikin cəlladsifət silahlıları kəndi birdəfəlik yer üzündən silmişlər. Şahidlərin dediyinə görə kənddən az sayda adam qaçıb qurtara bilmişdi. Meyit əlindən tərpənmək olmurdu. Meyidlərin arasında dolaşan itlərin ulaşmasından adamı vahimə bürüyürdü. Kənddən yalnız xarabalıq və qəbristanlıgın izləri qalmışdır.

VEDİ redaktə

  • Dəhnəz – 1919-cu il. 450 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə böyük fəlakət törətmişdir. Gecə camaat çirin yuxuda olarkən kəndə basqın edib mühasirəyə almışlar. Evlərə, ot tayalaraına od vurub yandırmışlar. Evdən çıxan ya güllələnmiş, ya qılıncdan keçirilmiş. 150-dən artıq insanın başı kötüyn üstə qoyulub balta ilə kəsilmişdir. Qonşu kəndlərdən kömək gələnə kimi 247 adam amansızlıqla məhv edilmişdir. Səttar oglu Əlinin ailəsindən 36 nəfər işgəncələrlə öldürülmüşdü.
  • Qədirli – 1919-cu il. 900 nəfər əhalisi olmuşdur. Andranikin silahlı dəstələri kəndi yerlə-yeksan etmişdir. əhalisinin bir hissəsi qılıncdan keçirilmiş, işgəncələrlə öldürülmüşdür. Sag qalanlar qovulmuşlar. Kənd sonralar ermənilərin əlinə keçmişdir.
  • Yaycı – 1918-ci il. 200 nəfər yaşamışdır. Daşnak silahlıları kəndi yerlə-yeksan etmişlər. Kənd 7 il xaraba qaldıqdan sonra bu kəndin yanında erməni kəndi salmışlar. Əhalisi məhv edilmişdir.

ƏZİZBƏYOV redaktə

  • Leyliköçən – 1918-ci il. 442 nəfər əhalisi olub. Kənd dagıdılıb, əhalisi məhv edilib. Xarabalıga çevrilmişdir. Ölü kənd.
  • Maratuz – 1918-ci il. 273 nəfər əhalisi olub. Daşnak Japonun göstərişi ilə bir nəfər salamat adam çıxmamışdır.
  • Gomur – 1918-ci il. 400 nəfər əhali olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı.
  • Gümüşxana – 1918-ci il.. 300 nəfər əhalisi olub. Sonralar 27 adamın aradan salamat çıxdıgı bildirilir. Ölü kənd...
  • Göyərçin – 1918-ci il. Daşnaklar kəndı yerlə-yeksan ediblər. Salamat çıxan olmayıb.
  • Zeytə – 1918-ci il. Japonun daşnak qaniçənləri 580 nəfərlik bu kəndi darmadagın etmiş, əhalinin böyük qismi məhv edilmişdir. Qaçıb qurtaran insanlar Naxçıvana sıgınmışlar. 1922-ci ildə 34 adam öz dogma evinə dönmüşdür.

YEGEQNADZOR redaktə

  • Qabaxlı – 1919-cu il. 763 nəfər əhalisi olub. Kənd yandırılmış, dinc əhali yanan evlərdən qalxan alovun içinə atılmış, qaçmaq isyəyənlər güllələnmiş, qılıncdan keçirilmişdir. Sag qalanlar Kəlbəcərə, ordan da Gəncəyə keçmişlər. 1922-ci ildə 67 nəfər dogma kəndə qayitmışdır.
  • Qızılgül – 1918-ci il. 412 nəfərlik bu kənd Japonun və Doluxanovun komandası altında yerlə-yeksan olmuşdur. Əhali məhv edilmişdir.
  • Şorca – 1918-ci il. 120 nəfər yaşamışdır. Kənd dagıdılmış, əhalisi tamamilə yox edilmişdir. O zamandan kənd ölü kənddir.

QƏMƏRLİ redaktə

  • Muganlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnakların genosid siyasətinə qurban getmiş yüzlərlə kənddən biri. Əhaliyə divan tutularaq məhv etmişlər. 1922-ci ildə kəndə 28 nəfər qayıtmş və dogma yürdun ermənilərin əlində oldugunun şahidi olmuşlar.
  • Çiləxanlı – 1918-ci il. 900 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə də qanlı sonluqla başa çatmışdır. Kənd Yandırılmış, uşaq, qadın, qoca namərdcəsinə oda atılmlş, Kişilər qılıncdan keçirilmişdir. Sag qalan əhali haqqında məlumat yoxdur. Ölü kənddir.

QAFAN redaktə

  • Qatar – 1905-ci ildə kəndi dagıdıb, əhalisin qilincdan keçirmiçlər. 1918-ci il. 5200 nəfər əhalisi olmuşdur. 1904-cü il təvəllüdlü Qatar kəndinin sakini Babayev Ləif Xudaverdi oglunun dediklərindən: “1918-ci il qırgını yaxşı yadımdadır. Təpədən dırnaga silahlanmış erməni quldurları bizə qaçmaga da imkan vermirdilər. Ancaq ona çalışırdılar ki, bizi qırsınlar evləri talasınlar. Sonra məlum oldu ki, camaaımızın 50 faizini yox etmişlər”. 1922-ci ildə öz kəndlərinə dönmək isəyən qatarlıları öz kəndlrinə buraxmayıb, onlara Qafan çəhərində yaşamaq imkanı verdilər. 1988-ci ildə isə oradan da qovdular.
  • Oxçu – 1918-ci il. 2000-dən artıq əhalisi olmuşdur. Dekabrın 11-də Andranikin başçılıgı ilə barışıq, sülh adıyla məscidə toplayıb qapını bagladıqdan sonra od vürüb yandırmışlar. Çagırışa geməyən Musafa adlı adam salamat qalmış və bu hadisəni danışmışdır. O demişdir: “Andranikin törədiyi bu faciə tarixdə ən böyük qətliamdır. Uşaga, qadına, qocaya, cavana məhəl qoymadan kəndin camaatını cöx insafsızlıqla məhv etdirdi” Oxçu bundan sonra erməni kəndi olmuşdur.

MEHRİ redaktə

  • Maralzəmi – 1918-ci il. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raporunda deyilir: “Mehri dərəsinin erməni dəstələri Vartanizor I - 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dagıtmış və 200 nəfər əhalini qılrmışlar...” (Azərbaycan SSR EA xəbərləri, N 4, 1989, səh. 87)

SİSYAN (QARAKİLSƏ) redaktə

  • Vagudi – 1918-ci il. 1330 nəfər əhalisi olmuşdur. Kənd əhalisinə böyük zülm edilmiş, 15 gözəl qız təhqir edilərək öldürülmüşdür. Kənd dagılarkən sıgınacaq axtaran 400 müsəlman məscidə doldurulmuş, əvvəlcə pəncərədən əldəqayırma bomba atılmış, sonra isə məscidə od vurulub bütün adamlar yandırılmışdır. Qadınların döşünü kəsmiş, xəstələri yataqda doğramışlar.

Azərbaycan Demokratik Respublikasının rüs Sovet imperiyası tərəfindən işgalından sonra redaktə

1920-ci ildə Azərbaycan Demokratik Respublikası rüs Sovet imperiyası tərəfindən işgal edildi. Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Çərur, Dərələyəz, Dilican və Gürcüstanın qismən nəzarətinə verilən Borçalı ilə birlikdə 27,5 min kv. km sahə Azərbaycandan qoparıldı. 1920-1991-ci illərdə SSRİ ərazisində olan Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 86,6 min kv. km olub. Moskva, ümumiyyətlə, Azərbaycanın 15 mahalı (Göyçə, Dərəçiçək, Gərnibasar, Zəngibasar, Vedibasar, Dərələyəz, Sürməli, Agbaba, Pəmbək, Sərdarabad, Zəngəzur, Şəmsəddil, Qaraqoyunlu, Dagborçalı, Şörəyöl) üzərində Ermənistan yaratdı.

Artıq Sovet hökumətinin “qardaşlıq və birlik” şüarını əldə rəhbər tutan bəzi erməni müəllifləri qismən də olsa hadisələri qiymətləndirirdilər. Erməni mənbələri yazırdılar ki, daşnaklar hakimiyyətdə olduqları möddətdə (1920-ci ilin noyabrına qədər) 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yöz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdular.

Z.Qorqodyanın “Son yöz ildə“ adlı əsərində oxuyuruq: “Daşnakların “təmizləmə“ siyasəti nəticəsində 1919-cu ildə hesabatdan uzaqlaşdırılmış (qovulmuş) törklər 20.000 nəfər, 1920-ci ildə isə 60.000 nəfər təşkil edir”.

Ermənistan SSR yaradılandan sonra ermənilər “quruculuq” işlərinə əhəmiyyət verdilər. Onlar ilk növbədə bu qədim türk- oguz torpaqlarında saxta erməni abidələri yaymaga başladılar, yer- yurd adlarını dəyişməklə ciddi məşgul oldular. Hətta üzərində erməni yazıları ilə yazılmiş daşları, eləcə də xaç daşlarını odda- ocaqda qaraldaraq yerə basdırıb sonra hay- küylə çıxarıb dünyaya yayırdılar. İrəvan şəhərində, eləcə də digər kənd və qəsəbələrdə olan müsəlman-türk abidələri məhv edilirdi.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan dərhal sonra Moskvanın tapşırıgı ilə Ermənistandan işgəncələrlə çıxarılmış azərbaycanlılara öz dögma yerlərinə qayıtmaq icazəsi verildi. İrandan, Türkiyədən belə yayılmış azərbaycanlılar əzab-əziyyət içində idilər.

Erməni soyqırımından canını qurtarmış azərbaycanlı qaşqınların acınacaqlı taleyindən söz açan 28-ci diviziyanın rəisi Nesterovski 1920-ci il 22 sentyabrda XI Qızıl Ordunun rəisinə göndərdiyi teleqramda bildirirdi ki, daşnakların törətdikləri qırgından qaçıb xilas ola bilən qaçqınlar Naxçıvan rayonunda məskən salmışlar. Onların cayı təqribən milyona çatır. Qaçqınlar çox agır vəziyyətdədirlər. Açıq havada, Araz sahilində lüt, ac, taqətdən düşürlər. Qocaların və uşaqların vəziyyəti daha agırdır. Gündə 500 nəfərə qədər adam məhv olur.

Sovet hökumətinə arxayın olan, inanan yurd həsrətli qaçqın əhali dədə- baba yurduna üz tutmaga başladı. Lakin onlar dogma kəndə ayaq qoyanda kənd ermənilər tərəfindən zəbt olundugunun şahidi olurdular. Lakin vətən sevgisi onları dagıdılmış kəndlərini yenidən bərpa etməyə, yaxud ermənilərlə qonşuluqda yaşamaga vadar edirdi. Belə bir tale ilə razılaşmaga məcbur olsalar da ermənilər tərəfindən rahatlıq əldə edə bilmirdilər. Yenə Moskvanın dilini tapmış erməni millətçiləri indi Azərbaycan türklərini millətçilikdə, Sovet hökumətini istəməməkdə, dinc erməni əhalisini qırmaqda və pantürkist olmaqda suçlayaraq zindanlara atdırır, Sibirə və Qazaxıstan çöllərinə sürgün edirdilər.

Etnik təmizləmə və mono respublika yaratmaq ugrunda aparılan erməni mübarizəsi 23 dekabr 1947-ci ildə belə bir qərarla nəticələndi: “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalıgına köçürülməsi haqqında”. İ.V.Stalinin imzaladıgı bu qərar azərbaycanlılar üçün gözlənilməz zərbə, açıq represiya idi. 1948-1953-cü illərdə Ermənistan SSR-dən zorla 100 min nəfər köçürülmüş, zülmə, haqsızlıga, əzab- əziyyətə, xəstəliyə dözə bilməyən bu insanların 15 minə qədəri qısa vaxtda dünyasını dəyişməli olmuşdur.

1965-ci ildə saxta erməni soyqırımının 50 illiyini keçirmək istəyən daşnak- kommunist erməni millətçiləri bir il müddətində ancaq anti Azərbaycan, anti türk təbligatı, təhrikləri ilə hədə-qorxu ilə məşgul olmuşlar. Bu niyyətləri sona varmadı. SSRİ hökumətinin təzyiqi ilə geri addım qoydular. Nəhayət 1988-ci ildə indiki Ermənistan ərazisində yaşayan dinc əhali öz dədə-baba yurdundan silah gücünə çıxarıldı. M. Qorbaçovun rəhbərliyi, bir sıra Avropa dövlətlərinin himayəsi ilə dinc azərbaycanlı əhali döyülür, söyülür, öldürülür qarçısı alınmaq əvəzinə özləri də suçlanırdı. 1988-ci ilin iyul-avqust aylarında Ermənistandakı azərbaycanlı kəndlərinə Sovet ordusunun əsgərləri nəzarət edirdilər. Mən onlardan soruçdim, siz kimi qoruyursunuz? Onlar dedilər ki, erməniləri sizdən qoruyuruq. Mən dedim ki, (E.İsmayıl) Sovet hökuməti, Ermənistan hökuməti erməninin yanındadır, biz əliyalın adamlar onları necə qıra bilərik! Rus əsgəri dedi ki, bizə belə deyiblər!

1988-ci ilin noyabr-dekabr aylarında 211 min azərbaycanlı sonuncu dəfə öz isti ocagını tərk etməyə məcbur oldu. 218 nəfər müxtəlif işgəncə və qəddarlıqla öldürüldü. Nəhayət ermənilərin Ermənistanda yaşayan Azərbaycan türklərinə qarşı yürütdüyü mənəvi və fiziki soyqırım siyasəti 160 ildən (1828-1988) sonra yenə agir faciələrlə yekunlaşdı.

“Ermənistan azərbaycanlılarının tarixi coürafiyası“ (Bakı, Gənclik, 1995) kitabında oxuyuruq: “Ötən yözilliyin 20-ci illərindən 1989-cu ilədək Törkiyəyə, İrana, Azərbaycana, Görcöstana, Şimali Qafqaza və Orta Asiyaya buradan gedən ata-baba yurdunu tərk etməyə məcbur qalan, “İran təəbəsi”, “Törk təəbəsi” adı altında “Xalq döşməni”, “şöbhəli önsör” damüası ilə sörgön edilən 1948-1953 və 1988-1989-cu illərdə didərgin döşən azərbaycanlıların sayı 1,5 milyon nəfərdən çox olmuşdur. Bundan əlavə 1905-1907-ci və 1918-1920-ci illərdə olan qanlı vuruşmalarda yarım milyon azərbaycanlı Ermənistan ərazisində qətlə yetirilmişdir”. 200 ildən bəri erməni qaragüruhu öz faşist xisləti ilə Azərbaycan türklərinə qarşı son dərəcə qəddarlıq göstərmiş, soyqırımlar törətmiş, totpaqlarını işgal etmiş, bu toppaqlar üstündə erməni dövləti yaratmışlar. Ermənistan SSR yaradıldıqdan sonra da Azərbaycanın bir sıra torpaqlarını zəbt etmişlər. 20 ildən artıqdır ki, Daglıq Qarabag və onun ətrafındakı bölgələr olmaqla 7 rayon erməni işğalı altındadır. Bu müharibədə 30 mindən artıq vətəndaşımız həlak olmuşdur. Bütün bu qırgınları, fəlakətləri törədən ermənilərdir. Bütün fəlakətlərə rəvac verən ermənilərdir. Bu quduzluqları edəndən sonra yenə “erməni soyqırımı” deyib dururlar. Çünki insan haqlarından danışan dövlətlər ermənilərin saxtakarlıgına, yalanına açıq aşkar dayaq dururlar.

Son söz redaktə

Ermənilərin ən böyük qətliam törətdikləri dövr 1918-ci ildir. Həmin il Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Gəncədə, Şəmkirdə, Qarabagda, Naxçıvanda 10 minlərlə Azərbaycan əhalisi faşist qəddarlıgı ilə məhv edildi. Təkcə Bakıda öldürülən günahsız insanların sayı 15 mini keçmişdi. İstiqlaliyyət tariximizin görkəmli araşdırıcısı Cahangir Zeynalov mart hadisələri barədə yazır: “Daşnak firqəsi xüsusi bir proqram daxilində müntəzəm şəkildə Bakıda müsəlmanları qırdı. Bu qırgına “bolşevik- müsavat firqə mübaruzəsi” adı verildi və qətl edilənlərin malları yagma edildi bə yandırıldı. Martın 31-də başlayan bu qırgın üç gün davam elədi. “İsmailliyyə” deyilən böyük və gözəl saray yandırıldı. “Təzə pir” və sair camelər de bombardman edildi. Şəhidlərin miqdarı 15 minə təxmin edilməkdədir.

Qətllərdən qurtulan müsəlmanlar ətraf köylərə və daglara çəkildilər.” (Bax: Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri, Bakı, 1998, səh. 81.) Demokratiyadan danışan dünya ölkələri nə dedi?

Erməni soyqırımı deyib durdu, Xocalı soyqırımını dilinə gətirmədi! Ermənilərin soyqırım yalanını təsdiqləyən cənablardan soruşmaq istərdik: İrəvan xanlıgına məxsus torpaqları və ətraf bölgələri işgal edib, əhalisinin əksəriyyətini amansızlıqla məhv məhv edən ermənilərin törətdiyi faciələr ən dəhşətli soyqırım deyilmi? Vaxtı ilə əhalisinin 75-80 faizi Azərbaycan türkləri olan indiki Ermənistanda bu millətin bir nümayəndəsi yaşamırsa “zavallı” ermənilərin bu əməlləri soyqırımı deyilmi?!

Həqiqəti demək vicdan məsələsidir. Deyə bilsəniz deyin: İşgalçı bir xalq soyqırımına məruz qalmış olar, yoxsa işgala, qırginlara düçar olan bir xalq?! </poem>