Ölkələrin qeyri-adi qanunları/ABŞ

Giriş Ölkələrin qeyri-adi qanunları

Almaniya


  • Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu bölgədə həyat yoldaşını ayda bir dəfədən artıq döymək isə qadağandır.
  • Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir.
  • ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.
  • Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır.
  • İndianada vətəndaşların kiminsə dalınca danışmasına, bərbərlərin uşaqların qulağını kəsməsinə icazə verilmir.
  • İndiana ştatında meymunların siqaret çəkməsi və teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.
  • Alyaska ştatında da maraqlı qadağalar var. Bu ştatda Təyyarədən maralların şəklini çəkmək olmaz. Bir maralı hərəkətdə olan bir təyyarədən aşağı atmaq qadağandır. Marala spirtli içki verməyin cəzası həbsdir.
  • Atlantada zürafəni telefon köşkünə bağlamaq qanun tərəfindən qadağan edilir.
  • Kaliforniyada parkda hovuzda velosiped sürmək qadağandır.
  • Floridanın Pensakolada şəhərində yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır - şəhərə çıxa bilməz.
  • Kaliforniyada hamam vannasında portağal yemək qadağandır.
  • ABŞ-ın Georgia ştatının Quitman şəhərində toyuqların küçəni keçməsi qadağandır.
  • Arkanzas ştatının Littl Rok şəhərində sürücülərə sərinləşdirici içkilər və buterbrod satılan ərazilərdə siqnal vermək qadağandır.
  • Floridada subay qadınların bazar günü paraşüt ilə tullanması həbslə cəzalandırıla bilər.
  • Oklohomada qamburger yeyərək arxaya addımlamaq qadağandır.
  • Arizonada eşşəklərin hamam vannasında yuxuya getməsi qadağandır.
  • Konnektikut ştatının Hartford şəhərində əllərinin üstündə küçəni keçmək qadağandır.
  • Arizona ştatında dəvə ovu rəsmən qadağan edilib (nəzərə alsaq ki, burada dəvə əslən yoxdur).
  • Kaliforniya ştatının San Fransisko şəhərində Market küçəsində fillərə gəzmək qadağandır.
  • Ohayo ştatının, Klivlend şəhərində ovçuluq sənədi olmayanların siçan tutması qadağandır.