Ölkələrin qeyri-adi qanunları/Giriş

Ölkələrin qeyri-adi qanunları

ABŞ


Dünyanın müxtəlif ölkələrində müxtəlif qanunlar var. Ancaq onlardan bəziləri olduqca qəribədir. Dünyanın müxtəlif bölgələrinin siyasət adamlarının yazdıqları özünəməxsus bəzi qayda-qanunlar insanı təəccübləndirməklə yanaşı, həm də güldürür. Belə qaydalarla tanışlıq hər kəs üçün maraqlıdır. Məsələn, ABŞ-ın Hollivud şəhərində xüsüsi qərarla şəhərin küçələri ilə 2000-dən artıq qoyun sürüsünün otarılması qadağan edilir. Yəni 1999 qoyunla küçəyə çıxmaq olarmı? Bu qanun pozuntusu sayılmırmı?

Araşdırmalar nəticəsində belə bir qənaətə gəlmək olar ki, bu qanunların əksəriyyəti ABŞ-dadır. Buna belə səbəb gətirilir ki, o vaxtlar Amerikada hər kəsin (qaradərililərdən, Amerikanın yerli əhalisi hindulardan və qullardan başqa) sonsuz azadlıqları var idi. Və orada qanunlar mövcud vəziyyətə görə qəbul olunurdu. Rəvayətlərə görə, ABŞ-ın Alabama ştatında bazar günü iki nəfər domino oynayarkən dalaşır və bu dava nəticəsində biri digərini qətlə yetirir. Bundan sonra həmin ştatda bazar günləri domino oynamaq qadağan edilir. Ümumiyyətlə bu ştatda bir çox qəribə qadağalar var. Burada kilsədə süni bığ taxıb gülməli hərəkətlər etmək qadağandır. Qatar relslərinə duz tökmək ölüm ilə cəzalandırıla bilər. Bundan başqa, burada şalvarın arxa cibində dondurma saxlamaq olmaz.