Üzümçülük/Üzüm xəstəlikləri/Boz çürümə

../ Üzümçülük/Üzüm xəstəlikləri

../

Boz çürümə xəstəliyi əsasən mildiumoidium xəstəliyindən ziyan çəkmiş və mexaniki zədə almış üzüm gilələrində sürətlə inkişaf edir.

Boz çürümə xəstəliyinə tutulmuş gilələr qonurlaşır, rütubətli havada isə onların üzərində boz örtüklər əmələ gəlir. Göbələyin sporları olan bu örtüklər əsasən, məhsul yetişən zaman üzümə ziyan vurur. Yetişməyən gilələrdə turşuluq çox olduğu üçün göbələyin sporları gilələrdə inkişaf edə bilməyir.

Aqrotexniki tədbir olaraq havalanmanın yaxşı getməsi üçün yaşıl budama və bağlama vaxtında aparılmalı və cərgəaraları aqrotexniki qaydada becərilməlidir. Üzümlüklərin suvarılması vegetasiya dövrü ilə əlaqədar düzgün aparılmalıdır.

Boz çürümə xəstəliyinə qarşı Lokkoid, Kükürd, Topsin-M və Bentol kimi preparatlardan üzüm məhsullarının yığımından əvvəl istifadə edilməlidir.

Üzüm məhsulunu qorumaq üçün üzümlüklərə 3-4%-li bordo mayesi çilənməli və hektara 3-4 kq olmaqla 70%-li Nikal preparatlarındanda istifadə etmək olar.