Arıçılıq/Arılara yaz qulluğu

Arıların birinci yaz yoxlanılması Arıçılıq

Sağlam olmayan arı ailələrinə qulluq


Arı ailələri fevral ayının axırıncı həftəsində, mart ayı isə bütünlüklə xüsusi diqqət və qulluq tələb edir. Belə ki, bu dövrdə ailələr güc və yem ehtiyatları baxımından nisbətən zəif, strukturca isə qışdan çıxmış qoca arılardan ibarətdir.

Havaların dəyişgən və soyuq keçməsi isə arı ailəsinin sürətli inkişafı üçün vacib olan nəsildəyişmə prosesini çətinləşdirir. Arı ailələrinə kömək məqsədi ilə arıçının erkən yazda arıxanada aşağıdakı zəruri işlər yerinə yetirməsi vacibdir.

Arı ailələri ilk dəfə kütləvi təmizləmə uçuşu edərkən, arıçı bütün ailələri diqqətlə müşahidə etməli normal təmizləmə uçuşu etməyən ailələr arıxana jurnalında qeyd olunmalı və yubanmadan səbəb aydınlaşdırılmaqla bu ailələrə ilk yardım edilməlidir.

Günəşli, sakit və havanın temperatoru +12-dən artıq olan günlərdə arıxanada ailələrə ilk baxış keçirilməlidir. Hər bir ailə açılmalı, pətəyin quruluğu, ailənin gücü, ana arının varlığı, toxumlu və süfrəli çərçivələrin sayı, yem ehtiyyatı miqdarı yoxlanmalı və ailənin qışlama səviyyəsi 5 ballıq sistemlə qiymətləndirilməklə arıxana jurnalına qeyd olunmalıdır.

Ana arı itkisi olan arı ailəsi güc baxımından arıxanadakı ən zəif, lakin analı arı ailəsi ilə birləşdirilməlidir. Bu zaman anası qapaq altında olmalı analı ailənin anasız ailə pətəyinə köçürülməsi məsləhətdir. Anasız ailə yuvasını qorumadığından ailələr arasında bir-birinə qarşı aqressivlik minimal həddə olur. Ananın bir gündən sonra qapaq altından buraxılması lazımdır. Yem ehtiyyatı tükənən və ya normadan aşağı olan ailələrə yem ehtiyyatı artıq ailələrdən ballı çərçivə və ya şəkər tozundan hazırlanmış və polivitaminlər qatılmış şərbətlə köməklik göstərilməlidir. Şərbəti ailələrə yem qabında verilməsi məsləhətdir. Yem qabları olmadıqda şərbəti ilıq şəkildə boş çərçivələrə tökməklə də vermək olar.

Yem ehtiyyatı olmayan çiçəklər leşgər azlığı az olan şəraitdə isə ballı və ya şərbətli şanla əvəz olunmalıdır.

İshal əlaməti müşahidə olunmuş ailələr qeydiyyata alınmalı, ishalla çirklənmiş çərçivələr yuvadan götürülməli, ailə nozemat pereparatı qatılmış sərbət ilə yemləndirilməli, yuva sıxlaşdırılmalı və örtük materialı ilə istiləşdirilməlidir.

Ailələr keyfiyyətli istiləşdiricilərlə təmin edilməli, uçuş bacaları daraldılmalı, pətəklərin yaz yağışı ilə islanmasını qarşısı alınmalıdır.

Quru, günəşli və küləksiz yerdə arıxana üsün keyfiyyətli su təminatına malik arı suvatı yaradılmalıdır. Bu soyuq və küləkli günlərdə su daşıyan arıların işini asanlaşdırır və onların müxtəlif səbəblərdən məhv olma təhlükəsini azaldır.