Arıçılıq/Arıların birinci yaz yoxlanılması

Ailənin şan və yun təlabatı Arıçılıq

Arılara yaz qulluğu


Arı ailələrinin şirə yığmağa yaxşı hazırlamaq üçün onların inkişafına şərait yaratmaq lazımdır. Birinci yaz yoxlamasında məqsəd hər ailədə ana arının olması, ehtiyat yemin miqdarı və keyfiyyəti, yuvadakı süfrələrin qədəri və sağlamlığı ailənin qüvvəsi yeni ailədə olan işçi arıların sayını yuvanın və təknənin vəziyyətini bilməkdir. Məlumdur ki, arııcı ailəni nə qədər tez sahmana salsa, bir o qədər sürətlə və yaxşı inkişaf edir. Yoxlama kölgədə 14-15° istilik olanda başlamalıdır.

Yuvada ana arının olmasını təyin etmək üçün orta hissədən 1-2 şan çərçivəsi götürülür. Orada yumurta və süfrə olarsa, ana arı da vardır. Olmazsa şanların hamsını yoxlamaq lazımdır. Arıçı səhvən ehtiyat ana versə və ya başqa ailə ilə birləşdirsə arılar onu öldürə bilərlər. Odur ki, ailədə ana arının olmadığı dəqiq təyin edildikdən sonra verilməlidir. Zəif ailədə ehtiyat yemin azlığı və istilik olması yumurta qoymanı gecikdirir. Ananın keyfiyyətliliyini onun qoyduğu yumurta ilə təyin etmək olar. Əgər süfrə şan çərçivənin bütünlüklə və düz tutursa ana arının keyfiyyətliliyini şan üzərində ara bir donqabel süfrələr olarsa keyfiyyətsizliyini göstərir. Ana arı şanın üzərində gözçükləri ötürə-ötürə yumurta qoyursa, bu hələ onun keyfiyyətsizliyini göstərmir. Bəzi hallarda işçi arılar şanın gözcüklərini yumurta üçün hazırlamadığına görə ana arı belə yumurta qoyur. Ona görə də 12-15 gün gözlədikdən sonra şan bir də yoxlanmalıdır. Yuvada donqabel yəni işçi arı gözcüklərində erkək süfrəsinin olması ana arının qoca, xəstə yaxud keyfiyyətsiz formasını göstərir. Belə ananı keyfiyyətlisi ilə əvəz etmək lazımdır. Ana arının keyfiyyətsizliyini xarici görünüşü ilə təyin etmək olur. Cavan ana arının qanadları düz olur. Şan üzərində tez gəlir. Qoca ana arının isə rəngi qaradır. Üzərindəki tüklər tökülmüş qanadlarının ucları didilmiş olur. Şan üzərində yavaş gəzir. Qoca və şikəst ana arılar ailənin normal və yaxşı inkişafı üçün yaramır. Ona görə də belə ana arılar aşkar edilən kimi onları keyfiyyətliləri ilə əvəz etmək lazımdır.

Ailənin qüvvəsini iki çərçivə arasında olan arılarla təyin edirlər. Əgər arılar 7-8 şan çərçivə arasını sıx tutarsa qüvvəli, 5-6 çərçivə arası olarsa orta, 4-dən aşağı isə zəif hesab olunur. Yuvada süfrələrin miqdarı neçə şan çərçivələrində olmaları ilə müəyyən edilir. Süfrələrin sağlamlığını rənglərinə və çərçivələrin ağzının möhürlərinə görə təyin etmək olar. Süfrələrin rənginin ağlığı bir formada və parlaq olması onların sağlamlığını göstərir. Əgər sürfələrin rəngi sarıya çalırsa, parıldamırsa, formasını dəyişərsə və uzanarsa demək sürfə çürümə xəstəliyinə tutulmuşdur. Arıçı əlini yumalı və alətləri dezinfeksiya etdikdən sonra başqa ailələrə baxmalıdır. Xəstə arılar təcili başqa yerə aparılıb müalicə olunmalıdır.