Arıçılıq/Pətəklərin yerləşdirilməsi üçün sahənin seçilməsi
←Arıxanaların təşkili | Arıçılıq |
Arıların alınması və daşınması→ |
Arı ailələrini arıxanada şahmat üsulu ilə düzmək məsləhətdir. Arıların öz təknələrini yaxşı tanımaları üçün bunları rəngləmək lazımdır. Təknələr ağ, sarı, göy rənglərlə boyansa yaxşıdır. Ailələri düzdükdə cərgə arası 5 m onların arası 4 m olmalıdır.
Arıxanadakı ailələrin vəziyyəti onun uçuşu ilə təyin edilir. Ailə yaxşı uçarsa arılar bədənlərini nəcisdən təmizləyib təknəyə qayıdarsa, bu anların salamat qışlamasını göstərir. Belə ailə yuvaya şirə, çiçək tozu və su gətirməyə başlayır. Həmçinin təknənin içərisini təmizləyir. O, ailədə ki, arılar yaxşı uçmur, təknə üzərində gəzir, arıçı belə ailəni qeydə alıb, ona lazımı kömək etməlidir. Bu dövrdə ailələrin uçuş bacasının 2-4 sm enində qoyulması məsləhətdir. Bu yuvada istiliyin sabit qalmasına və oğru arılardan qorunmaya şərait yaradır.
Pətəkləri yerləşdirərkən birinci növbədə nəzərə almaq lazımdır ki, arılar sərbəst uça bilsin və müəyyən məsafədən arı öz pətəyini görə bilsin. Arıların çaşmasının qarşısını almaq məqsədilə pətəkləri müxtəlif rənglərə - arıların daha yaxşı seçdiyi ağ, sarı və mavi rənglərlə boyamaq lazımdır.
Pətəkləri imkan qədər bir-birindən ən azı 3 m məsafədə yerləşdirmək lazımdır. Bu mümkün olmadıqda istiqamətini dəyişmək lazımdır.
Arıxananı elə yerləşdirmək lazımdır ki, insanlara və ev heyvanlarına hücum etməsinlər.
Pətəklərin yerləşdirilməsi zamanı buraxılan səhvləri düzəltmək sonradan çətin olduğu üçün arılara mənfi təsir göstərən kəskin kölgə, kəsgin günəş şüası, külək, yağış, digər arıxanalara yaxınlığı, yüksək gərginlikli elektrik xəttləri və s. əvvəlcədən nəzərə almaq lazımdır.
Arıxananı elə yerdə təşkil etmək lazımdır ki, ətraf ərazidə, yaxın məsafədə balverən bitki ehtiyatları daha çox olsun. Azərbaycan florası çox zəngin olmasına baxmayaraq təbii landşaflar azaldığından mədəni bitkilər də arıçılığın yem bazası rolunu oynayır. Odur ki, arıların balverən bitkilərə olan təlabatını (eyni zamanda çiçək tozuna, təmiz suya və s.) əvvəlcədən nəzərə almaq lazımdır. Əlbəttə ki, hər bir yerli şəraitə uyğun dəyər məsələlərini arıçı özü diqqətdə saxlamalıdır.