Arıçılıq/Arıların alınması və daşınması
< Arıçılıq
←Pətəklərin yerləşdirilməsi üçün sahənin seçilməsi | Arıçılıq |
Ailənin şan və yun təlabatı→ |
Arıları yalnız baytarlar xidmətinin şəhadətnaməsi olan və yoluxucu xəstəliklərdən təmiz arıxanalardan almaq olar. Arı ailəsi beçələrə deyil, qışlamış ailələrə üstünlük vermək lazımdır. Bunun üçün ən yaxşı vaxt erkən yazdır. Bu həm keyfiyyət baxımından həm də daşınmanın asan olmasına görə əlverişlidir.
Arı ailələri axşam uçuş başa çatdıqdan sonra tam hazırlanır, bərkidilir, uçuş bacası bağlanır və avtomobil, traktor qoşqusu, araba və başqa vasitələrlə daşınması həyata keçirilir.
Arıçılığın mühüm qanunlarından biri belədir! “Güclü arı arıçıya işləyir, zəif arı arıçını işlədir” Odur ki güclü arı ailələrinin alınmasına üstünlük vermək lazımdır.
Alınmış ailədə mütləq ana arı olmalıdır. Ana arının cavan və məhsuldar olması vacibdir.