Azərbaycan ədəbiyyatı/Nizami Gəncəvi yaradıcılığı
←Əfzələddin Xaqani yaradıcılığı | Azərbaycan ədəbiyyatı |
Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.
Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcıllığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcıllığında büruzə verəcəkdir.
Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin - monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.
Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də - onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.
Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər - qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz "Divan"ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması "Sirlər xəzinəsi"ndən (1174) başlamış son əsəri "İskəndərnamə"yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar "Xəmsə" ("Beşlik") adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizaminin ilk poeması "Sirlər xəzinəsi" (1174) "Xəmsə"nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.
"Xosrov və Şirin" (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi - İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını "həvəsnamə" kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən "həvəsnamə" kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.
Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə - Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.
İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü "Xəmsə" silsiləsinin üçüncü əsəri olan "Leyli və Məcnun"da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları - insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən "məcnun" (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.
Nizaminin son poemaları olan "Yeddi gözəl" (1197) və "İskəndərnamə" (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan ("Xosrov və Şirin") Bəhram Gura ("Yeddi gözəl") və İskəndərə ("İskəndərnamə") doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə "İqbalnamə"də ("İskəndərnamə"nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.
Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.
Şablon:Digər məna Xəmsə və ya Beşlik – “Pənc gənc” ümümi adı ilə farscadan “5 daş-qaş” kimi tərcümə olunan fars ədəbiyyatının Azərbaycan klassiki Nizami Gəncəvinin (1141-1209) 5 əsas əsərləridir.
Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة , Şablon:Lang-he xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.
Nizaminin "Xəmsə"sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.
“Sirlər xəzinəsi”
Məhsan Al-Asrarın “Sirlər xəzinəsi” poeması 1163-ci ildə yazılıb, lakin bəzi tədqiqatçılar onu 1176-ci ilə aid edirlər. 2.250 fars beytlərindən ibarət olan etik-fəlsəfə poema Ərzincan hökmdarı Fəxr əd-Din Bəhrəmşaha həsr olunub. Poema məhrəm, hikmətli və ilahiyyat mövzularını açıraq sufi ənənələri istiqamətində yazılıb, və beləliklə, sonradan həmin janrda yazan şairlərə nümunə olub.
Poema iyirmi fəslə bölünüb, hər biri ayrıca əsər olaraq, dini və elmi mövzulara həsr olunub. Hər fəsil onun təxəllüsü daxilində şairin özünə apostrofa ilə (müraciətlə) bitir. Şeyirlərinin məzmunu hər fəslin başlığında göstərilib və tipik homiletik üslubunda yazılıb. Mənəvi və əməli sualları müzakirə edən həkayələr hökmdarların ədalətini, riyakarlığın istisnasını təbliğ edir və bu dünyanın faniliyindən və ölümdən sonra həyata hazırlaşmaq ehtiyacından xəbərdarlıq edir. Nizami ideal həyat tərzi təbliğ edir, əsas diqqəti isə Allahın yaratdıqları arasında ən ali sosial mövqedə olan insanın diqqətini öz oxucularına yönəldir, həmçinin yazır ki, insan öz qisməti haqqında fikirləşməlidir. Bir neçə fəsildə Nizami hökmdarların vəzifələrinə müraciət edir, lakin ümumilikdə o, əzəmətli himayədarından çox bəşəriyyətə xitab edir.
Nizami üçün söz – təkçə şairin sözü yox, həmdə sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya - peygəmbərin dini ibadəti deməkdir:
“Sirlər xəzinəsi”-nin əsas hissəsi iyirmi “Söhbətdən” ibarətdir. Birinci Söhbət – dünyanın və insanın yaradılması barədədir. Dünya yaradılmasının əsasına Nizaminin fikri ilə sevgi səbəb olub.
İkinci Söhbət - “Şaha ədalət və insaflı olmağa dair”. Nizami ədalətə və qayğıya çağıraraq, zülmə və zorakılığa görə cəza barədə xəbərdar edir. Üçüncü Söhbət– Dünya hadisələrinə dair; dördüncü – Rəiyyətin haqqının padşah tərəfindən qorumasına dair; beşinci- qocalıqdan; altıncı – varlığın etibarı haqqında; yeddinci –insanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü v.s. Söhbət mövzuları ibrətamiz hekayələrlə tamamlanır
Yüksək ritorik üslubda yazılmış “Sirlər xəzinəsi” poeması romantik və epik poema deyil, onun məqsədi – sarayın kübar ədəbiyyatının məhdudiyyətini adlamaqdır. Bununla Nizami Sarayda fars poeziyasında başlatdığı istiqaməti davam etdirir, və həmin istiqamətdən bir çox fars şairlər, həmçinin Attar istifadə etmişdir.
“Xosrov və Şirin”
Həyat yoldaşının ölümü və Gorganinin “Viz və Ramin” poemasının təsirin altında Nizami ilk şah əsəri olan “Xosrov və Şirin” poemasını yazmışdır. 16 il ərzində 1175-1176 qəməri il arası yazılmış “Xosrov və Şirin” poeması nəinki Nizami, həmçinin bütün fars poeziyası üçün dönüş nöqtəsinə çevrilmişdir. Üstəlik bu əsər fars ədəbiyyatında struktur və bədii birliyə çatan poemaların arasında ən birincisi oldu.
Poema səlcuk şahı Sultan II Toğrula, Atabəy Məhəmməd ibn Eldigiz Cahan Pəhlivana və onun qardaşı Qızıl Arsalana həsr olunmuşdur. Tarvatyan nəşrində (Tehran, 1987-1988) poema 100 fəslə bölünən 6150 beytdən ibarətdir. Poema, bir birilə bağlanmış müxtəlif janrlardan ibarət mürəkkəb struktura malikdir
Faktiki olaraq bu sufi yaradıcılığıdır və allegorik olaraq ruhun Allaha dogru can atmasını təsvir edir; lakin hisslər elə canlı təsvir edilib ki, naşı oxucu allegpriyaya diqqət yetirmir və poemanı romantik məhəbbət poeması kimi qəbul edir:
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Eşqsiz olsaydı xilqətin canı
Dirilik sarmazdı böyük cahanı.
Xosrov və Şirin hekayəsi fars mənşəyə malikdir və Firdovsinin epik-tarixi “Şahnamə” poemasından götürülüb. Onun əsasında gerçək tarix vardır və qəhrəmanlar həqiqətən mövcud olmuş tarixi şəxsiyyətlərdir
Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Əlişir Nəvainin “Fərhad və Şirin” poemasi ilə səhv salmaq olmaz.
Süjetin təsviri
Çoxlu hadisələri təsvir edən mürəkəb süjet xəttini qısaca aşağıdakı kimi vermək olar: qəhrəman –sonradan İran şahı Xosrov II Perviz olmuş, sasanilərin padşahı Xosrov, (590-628), xristian Arranın ( Albaniyanın) qüdrətli vəliəhdi Şəmirin qardaşı qızı digər adı isə Mehin Banu olan Bərdə şahzadəsi gözəl Şirini sevir. Şirin də Xosrovu sevir, lakin siyasət xatirinə Xosrovu bizans şəhzadəsi ilə evlənməyə məcbur edirlər, Şirin isə bəkarətini saxlayaraq, kəbinsiz yaxınlığı rədd edir. Qısqanc Xosrov memara Fərhad Şirinin oldüyünü bildirir, buna görə də Ferhad özünü öldürür. Beləliklə, biz günaha batmış ruhu görürük, və bu günahlar ona Allahla qovuşmağa imkan vermir. Yalnız ən axırda Xosrov dünyəvi bihudəliyini rədd edir və Şirinə qovuşur; lakin o, öz xəyanətkar oğlunun əli ilə qətlə yetirilir; Şirin isə qatilin əlinə düşməmək üçün Xosrovun meyidi üzərində özünü xəncərlə öldürür.
“Xosrov və Şirin” 1180-ci ildə yazılıb. Sasani padşahı Pərvizin Bərdə şəhzadəsi Şirinə olan məhəbbəti allegorik olaraq insanın ruhunun Allaha doğru yüksəlməsini ifadə edir; lakin bu poema (həmçinin sonrakı) insan xarakterlərini elə canlı və ehtirasla təsvir edir ki, naşı oxucu hətta allegoriya haqqında heç fikirləşmir də.
“Leyli və Məcnun”
“Leyli və Məcnun” poeması 1188-ci ildə yazılıb. Onun əsasında qədim ərəb əfsanəsi “Leyli və Məcnun” - “Məcnun” adı verilmiş Qeys adlı gəncin, gözəl Leyliyə nakam məhhəbəti dayanır. 1192-ci ildə poema Əbu əl-Müzəffər Şirvanşaha həsr olunmuşdur. Poema 4600 beytdən ibarətdir. Bu romantik poema “udri” jandrında yazılıb. Udri janrında yazılmış poemaların süjeti sadədir və qarşılıqsız məhəbbətin ətrafında cərəyan edir. Udrinin qəhrəmanları yarıuydurma - yarıtarixidir, və onların davranışları digər romantik poemaların qəhrəmanların davranışlarına bənzəyir. Nizami ərəb-bədəvi əfsanəsini farslaşdırmış, onları fars əsilzadələri kimi təqdim etmişdir. O eyni zamanda süjetin inkişafını şəhərə köçürmüşdür və bir neçə fars motivi əlavə edərək, rəvayəti təbiət təsvirləri ilə bəzəmişdir.
Poema müxtəlif ölkələrdə müxtəlif variantlarda çap olunub. Lakin İran alimi Vahid Dastgerdi 1934-cü ildə poemaya 66 fəsil və 3657 bənd daxil edərək məsnəvi variantını çap etdi, o, 1007 bəndi ötürmüş, onları interpolyasiya (bir əsərin mətninə sonradan başqası tərəfindən bir şey əlavə edilməsi, qələm qatma) kimi müəyyən etsə də, bəzilərinin Nizaminin özü tərəfindən əlavə olunduğunu istisna etməmişdir.
Müəllifə bir sual əzab verir: sevgililər öz yer əzabında nə əldə etdilər, onları ölümündən sonra nə gözləyir? Poemada sevgililərin bir biri ilə qovuşduğu yuxudan danışılır. Poemanın ümumi mənası - çıxış yolunu ancaq yüksək poeziyada tapan və sevgilərin ruhən birləşməsinə aparan hədsiz sevgi.
“Yeddi Gözəl”
“Yeddi Gözəl“ (“Haft Peykar”) 1197-ci ildə yazılıb. Poema Maragi Ala Al-Din korp Arslana həsr olunub. Poemanın adını “Yeddi portret” kimi və ya “Yeddi Gözəl” kimi də tərcümə etmək olar, və bu da metaforik məna daşiyacaq. Əlbəttə, Nizami qəsdən poemaya ikimənalı ad verib ki, sözləri oynada bilsin.Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İskəndərnamə") ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.
Bütün dünyanın "Gəncəli dahi" kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.