Azərbaycan poçt markalarının kataloqu/№160
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 160 nömrəli markadır. Müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ikinci rəsmi poçt markasıdır. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsinə həsr edilmişdir.
Təsviri
redaktəMarkanın üzərində Azərbaycan Respublikasının Milli Bayrağının rəngləri və rəmzi həkk olunmuş Azərbaycan Respublikasının xəritəsi çəkilmişdir. Markanın üzərindəki yazılar Azərbaycan dilindədir. Markanın yuxarı hissəsində o dövrdə müzakirəsi gedən latın hərfləri ilə yazılmış "1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edilmişdir" xatirə yazısı var.
Markanın göstəriciləri
redaktə- Dövriyyəyə buraxıldığı tarix: 26 mart 1992.
- Rəssamı: A. Məmmədov.
- Çap növü: mellə ağardılmış kağız üzərinə offset üsulu ilə yapışqanla düzəldilib.
- Perforasiya: 13.5:14.
- Markanın ölçüsü: 36x50 mm.
- Rəngləri: qara, yaşıl, göy, qırmızı rəngdədir.
- Tirajı: 100000.
- Qiyməti: 35 qəpik.
Suvenir vərəqinin göstəriciləri
redaktəSuvenir vərəqi 5x5 formatlı 25 eyni markadan ibarətdir.
Yenidən çapı
redaktə"Azərmarka" şirkətinin 10 illiyinə həsr edilmiş Azərbaycan poçt markalarının kataloquna daxil olan №611 nömrəli marka elə bu markanın yenidən çapı ilə hazırlanmışdır[1].