Azərbaycan poçt markalarının kataloqu/№611

Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 611 nömrəli markadır. "Azərmarka" şirkətinin 10 illiyinə həsr edilmişdir.

611 nömrəli marka

Təsviri

redaktə
 
160 nömrəli marka

Markanın təsviri müstəqilliyin bərpasından sonra Azərbaycan Respublikası tərəfindən buraxılan ikinci rəsmi poçt markası olan №160 nömrəli markanın təsviri ilə eynidir. Həmin markanın üzərində Azərbaycan Respublikasının Milli Bayrağının rəngləri və rəmzi həkk olunmuş Azərbaycan Respublikasının xəritəsi çəkilmişdir. Markanın üzərindəki yazılar Azərbaycan dilindədir. Markanın yuxarı hissəsində o dövrdə müzakirəsi gedən latın hərfləri ilə yazılmış "1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı qəbul edilmişdir" xatirə yazısı var[1].

Bu markada əlavə olaraq, "Azərmarka" şirkətinin 10 illiyi olduğuna görə qırmızı mürəkkəblə yeni yazı "Azərmarka 1992-2002" və yeni nominal "1000 manat" çap olunmuşdur.

Markanın göstəriciləri

redaktə
  • Dövriyyəyə buraxıldığı tarix: 8 may 2002.
  • Rəssamı: A. Məmmədov.
  • Çap növü: mellə ağardılmış yapışqanlı kağız üzərində ofet üsulu ilə çap olunmuşdur.
  • Perforasiya: 131/2:14.
  • Markanın ölçüsü: 35x50 mm.
  • Rəngləri: qara, yaşıl, göy, qırmızı rəngdədir.
  • Tirajı: 6000.
  • Qiyməti: 1000 manat.

Suvenir vərəqinin göstəriciləri

redaktə

Suvenir vərəqi 5x5 formatlı 25 eyni markadan ibarətdir.

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 26 Mart, 1992-ci il. Müstəqil Azərbaycan.