Azərbaycan poçt markalarının kataloqu/№167
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 167 nömrəli markadır. Qız qalası mövzusunda buraxılmış 4 markadan (166, 167, 168, 169) biridir.

Təsviri redaktə
Markanın üzərindəki təsvir 166 nömrəli markanın təsviri ilə eynidir. Həmin markanın üzərində XII əsrin memarlıq abidəsi olan Bakıdakı Qız qalası təsvir olunub.
Markanın göstəriciləri redaktə
- Dövriyyəyə buraxıldığı tarix: 20 dekabr 1992.
- Çap növü: ofset üsulu ilə mellə ağardılmış yapışqanlı kağız üzərində çap edilib.
- Perforasiya: 12.5.
- Markanın ölçüsü: 24x31 mm.
- Rəngi: Qırmızı və qara rəngləri var.
- Tirajı: 1301000.
- Qiyməti: 20 qəpik.
Suvenir vərəqinin göstəriciləri redaktə
Suvenir vərəqi 10x9 formatlı 90 eyni markadan ibarətdir.