Azərbaycan poçt markalarının kataloqu/№168
Bu marka Azərbaycan poçt markalarının kataloqunda olan 168 nömrəli markadır. Qız qalası mövzusunda buraxılmış 4 markadan (166, 167, 168, 169) biridir.
Təsviri
redaktəMarkanın üzərindəki təsvir 166 nömrəli markanın təsviri ilə eynidir. Həmin markanın üzərində XII əsrin memarlıq abidəsi olan Bakıdakı Qız qalası təsvir olunub.
Markanın göstəriciləri
redaktə- Dövriyyəyə buraxıldığı tarix: 20 dekabr 1992.
- Çap növü: ofset üsulu ilə mellə ağardılmış yapışqanlı kağız üzərində çap edilib.
- Perforasiya: 12.5.
- Markanın ölçüsü: 24x31 mm.
- Rəngi: Sarı və qara rəngləri var.
- Tirajı: 801000.
- Qiyməti: 50 qəpik.
Suvenir vərəqinin göstəriciləri
redaktəSuvenir vərəqi 10x9 formatlı 90 eyni markadan ibarətdir.