Azərbaycan tarixi/Azərbaycan ərazisində ilk insan məskənləri
Azərbaycan tarixi |
Atabəylər dövləti→ |
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai cəmiyyət başqa dövrlərə nisbətən daha uzun müddət davam etmişdir.
İbtidai icma quruluşu ilk insanların yaranması ilə başlamış və uzun inkişaf yolu keşmişdir. Bu quruluş ayrı-ayrı ərazilərdə müxtəlif dövrlərə qədər davam etmişdir. İcma quruluşunun inkişafı və dağılması hər bir ölkənin təbii-coğrafi şəraiti, təbii ehtiyatları və başqa amillərlə bağlı olmuşdur.
Arxeologiya (yunan sözü olub,"arxoyos"-qədim, "logos"-elm deməkdir.) elminə görə, ibtidai icma quruluşu şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.
Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şərait (şirin su qaynaqlarının, bitki və heyvanat aləminin zənginliyi, təbii mağaraların olması) hələ qədim dövrlərdən burada ibtidai insanların məskən salmasına imkan yaratmışdır.