Azərbaycan tarixi/Orta əsr Azərbaycan şəhərləri

Atabəylər dövləti Azərbaycan tarixi

Antik Albaniyanın mədəniyyəti

AZƏRBAYCANIN ORTA ƏSR ŞƏHƏRLƏRİ.
IX-XI əsrlərdə Azərbaycanın ticarət və sənətkarlıq mərkəzləri olan inkişaf etmiş şəhərləri var idi. Azərbaycan şəhərləri haqqında Ərəb coğrafiyaşünas və səyyahları maraqlı məlumat vermişdilər.Beləki:
Bərdə
1) Müqəddəsi Bərdə haqqında yazırdı:”Bərdə Azərbaycanın da daxil olduğu iqlimin başlıca şəhəri, həmin iqlimin Bağdadıdır”
2) İbn Havqəl isə Bərdəni “Arranın anası”adlandırıdı.
Dərbənd.
1) Dərbənd IX-XI əsrlərdə Azərbaycanın ən böyük liman şəhəri idi.
2) Təkcə Azərbaycanda deyil bütün Cənubi Qafqazda ən yaxşı kətan parçalar Dərbənddə toxunurdu.
3) Dərbənd həm də Cənubi Qafqazda yegan toxuculuq mərkəzi idi.
4) X əsrdə Dərbənndə kanalizasiya sistemi yaradılmışdı.
Bakı.
1) Abşeronun zəngin” neft bulaqları”Bakını qonşu ölkələrdə məşhurlaşdırmışdı.
Şamaxı - IX-X əsrlərdə Şamaxı Azərbaycanın zəngin paytaxt şəhərlərindən biri idi.
Tiflis. Ərəb səyyahları Azərbaycandan bəhs edərkən ilk növbədə Tiflisdən də söhbət açırdılar. Beləki:
1) Gürcüstanın Azərbaycan hökmdarları tərəfindən idarə etdiyi “Dağlıq ölkə”olduğunu bidirirdilər.
2) Əl-İstəxri qeyd edir ki: “Arranda Bərdə, Əl-Əbvab və Tiflisdən böyük şəhər yoxdur”
3) Tiflis “suyu odsuz qızdırılan müalicə hamamları ilə məşhur idi.”.
Təbriz. Əl-Müqəddəsi:
1) Təbrizin Bağdadla müqayisədə böyük olduğunu yazırdı.
2) Azərbaycanın bu şəhərini – Təbrizi -“Saf qızıla”bənzədirdi.
Ərdəbil. Ərəb coğrafiyaşünas və səyyahları Əl-İstəxri, Əl-Müqəddəsi və İbn Havqəl və.s Azərbaycanın cənub torpaqlarından bəhs edərkən Ərdəbilin də adını çəkirdilər.
1) Ərdəbilə bu yerlərin “ən böyük şəhəri və vilayəti “deyir
2) Ərdəbili “Bütün iqlimin əsas şəhəri kimi qiymətləndirirdilər”.

AZƏRBAYCANDA MƏDƏNİ OYANIŞ

Memarlıq.920-ci ildə Şamaxının Sündü kəndində tikilmiş mərkəzi günbəzli məscid memarlıq baxımından diqqətə laiyq əsər idi.
IX-X əsrlərə aid memarlıq abidələri içərisində qalalar, bürclər və müxtəlif müdafiə qurğuları xüsusi yer tutur. Əlincə qalası- öz əzəməti ilə daha çox fərqlənir X əsrə aid bu abidə Naxçıvanda tikilmişdir. IX əsrə aid memarlıq abidələrindən biri də Ağoğlan çayı sahilində tikilmiş Amaras monastrıdır. Azərbaycanın ən gözəl memarlıq abidələrindən biri Xudafərin körpüsüdür 1027-ci ildə inşa olunmuşdur.
Beləliklə: Ərəb xilafətinin süqutu nəticəsində Azərbycanda baş vermiş siyasi dirçəliş, qədim dövlət ənənələrinin bərpa edilməsi mədəniyyətimizin inkişafı üçün şərait yaratmış oldu.