Bağçılıq/Meyvə bağlarına qulluq

Meyvələrin insan sağlamlığında rolu Bağçılıq

Salınacaq bağda torpağın hazırlanması


Meyvə bağına qulluq. Meyvə bağı salındıqdan sonra işi bitmiş hesab etmək olmaz. Belə ki, tinglərin bitişinə nəzarət etmək, onların hər birinə güclü inkişaf etməsi üçün gövdə ətrafına 100-150 qr azot-fоsfоr-kalium (“Azofoska” Marka N:P:K, 1:1:1) qarışığı verilməlidir.

Bağ salındıqdan sonra hər iki ildən bir dibi yumşaldılmalı, əlavə zoğlar budanmalıdır. Ağacların dibi yumşaldılarkən elə etmək lazımdır ki, dərinlik 10-12 sm-dən çox olmasın. Budama əsasən payızda, yarpaqlar töküləndən sonra, yazda isə tumurcuq açmamış aparılmalıdır. Çiçəkləmə dövründə 0,2% xlorofos; karate 0,05% çilənməlidir ki, həm də çiçəklərə ziyanvericilər ziyan verə bilməsin.