Bağçılıq/Salınacaq bağda torpağın hazırlanması

Meyvə bağlarına qulluq Bağçılıq


Bağ salmaq üçün ilk növbədə sahə seçilir, yaxşı şumlanır və mala çəkilir. Əgər iri kəsəklər qalıbsa onlar xırdalanır və sahə tam hamar şəklə salınır. Sonra cərgələr standarta uyğun olaraq şırımlar çəkilir (yəni su arxları). Onu da qeyd edək ki, şumlamadan qabaq sahəyə hər hektara 30-40 ton üzvü kübrə yəni peyin, 100-150 kq superfosta, 60-100 kq kalium verilməsi məqsədə uyğundur. Şırım çəkilib hazır olduqdan sonra həmin şırımların sağ tərəfindən çalalar qazılır. Çalalar əsasən 60-70 sm enində və 50-60 sm dərinliyində hazırlanır. Yaxşı olur ki, çalalara ting əkilənə qədər üzvü kübrə yəni peyin tökülsün bu əsasən tinglərin əkiləndən sonra özünün tam kök salmasına köməklik edir. Tinglər əsasən çala qazılan gündən 3-4 gün sonra yerə basdırılır. Bu zaman elə etmək lazımdır ki, tingin calaq hissəsi gün çıxana baxsın. Tinglər əkildikdən sonra onların hər biri üçün xüsusi reykalar yanında basdırılır. Bu tinglərin tam kök salmasına kömək üçün küləkdən qorunmağa kömək edir.