Fındıqçılıq/Fındığın ziyanvericilərdən qorunması

Fındıq bağlarının budanması Fındıqçılıq

Fındığın yığılması


Fındıq ağacları çiçəklənmə dövründən başlayaraq meyvələrin yığılmasına qədər bir sıra ziyanvericilər tərəfindən zərər görürlər. Fındıq qurdu, fındıq güvəsi və s. kimi ziyanvericilər məhsulun nöqsanlı olmasına və içi boş fındıqların əmələ gəlməsinə səbəb olurlar. Bəzi həşəratlar isə fındıqda un meydana gətirərək onun keyfiyyətini aşağı salırlar. Buna görə, meyvələrin ziyanverici həşaratlar tərəfindən zərər görməməsi, həmçinin yığılan məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksək olması üçün fındıq ağaclarını dərmanlamaq lazımdır.