Vikiuşaq:Heyvanlar aləmi/Köpəkkimilər

(Köpəkkimilər səhifəsindən yönləndirilmişdir)

Köpəklər

redaktə
 
Küçük
 
Köpək

İtlər müxtəlif olurlar: ov itləri, çoban itləri, dekorotiv işlər, vəhşi itlər, polis itləri, həriçi itlər, xizək dartan Alyaska itləri. Qədim zamanlardan başlayaraq itlər hər zaman insanların yaxın köməkçisi olublar. İtlərin insanları ölümdən xilas etmələri ilə bağlı çoxlu tarixi hadisələr mövcuddur.

Canavarlar

redaktə
 
Boz canavar

Canavarlar tək və ya sürü halında yaşayırlar. Maral, ceyran, inək, keçi, qoyun ət yeyirlər. Ac olanda insana da hücum edirlər. Odur ki, çobanlar özlərini və mal-qaralarını canavarlardan qorumaq üçün yanlarında iki və daha çox köpək saxlayırlar. Canavarlar köpəklərdən qorxduqları üçün sürüyə yaxın gəlmirlər.

Tülkülər

redaktə
 
Tülkü

Tülkülərin uzunsov sifəti, boyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb, bədəninin uzunluğu 90 sm, quyruğun isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır.

Tülkü dovşan tutmaq istəyəndə özünü ölülüyə vurur. Tülkü balıq tutmaq istəyəndə quyruğunu suya sallayır, balıq onun quyruğuna toxunan kimi cəld onu dişləyərək sudan çıxarır. Toyuq-cücə yeməkdən xoşu gəlir.

Çaqqallar

redaktə
 
Çaqqal

Çaqqalar yırtıcılar dəstəsinə aiddirlər. Afrika və Asiyada geniş yayılıb, lakin ən geniş yayıldığı ərazi cənub-şərqi Avropanın çölləridir. Çaqqallar əsasən çəyirtkədən tutmuş siçovullara qədər xırda heyvanlarla qidalanırlar, lakin bəzən toyuq-cücəyə, qoyun-quzuya da tamah sala bilərlər. Çox zaman ölmüş heyvanların ətini yeyirlər. Çaqqallar uşaqlara da hücum edirlər. Gecələr ulamaq adətləridir. 12-15 il yaşayırlar.