Vikiuşaq:Heyvanlar aləmi
Ümumi məlumat
redaktəHeyvanlar aləmi çox müxtəlif və zəngindir. Planetimizdə yaşayan heyvan növlərinin sayı 2 milyondan artıqdır. Heyvanlar arasında balıqlar, amfibilər, sürünənlər, quşlar, qurdlar, cücülər vardır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə fərqlənirlər.
Heyvanlar hər yerdə - torpaqda, suda, havada yaşamağa uyğunlaşmışlar. Bir çox heyvanlar bitkilər - yarpaqlar arasında, güllərdə və ya ağacın gövdəsində, digər heyvan orqanizmlərində - müxtəlif canlıların bədənlərində, hətta insan orqanizmində yaşayır.
Heyvanlar aləmindən bəhs edən elm zoologiya adlanır. Yunanca zoon - heyvan, loqos - elm, təlim deməkdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yaşadıqları mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir.
Hazırda heyvanlar 23 tipə ayrılır. Hər tip isə bir və ya bir neçə siniflərə bölünür. Bu qayda üzrə siniflər dəstələrə, dəstələr fəsilələrə, fəsilələr cinslərə, cinslər isə növlərə ayrılır.
Mündəricat
redaktə