Kartofçuluq/Kartofun becərilmə texnologiyası
←Kartofun əkin norması və qida sahəsi | Kartofçuluq |
Kartofun gübrələnməsi→ |
Kartofun becərilmə texnologiyası. Əkindən sonra cərgəboyu torpaq daima yumşaq saxlanmalı, sahə alaq otlardan təmizlənməli, bitkinin dibi doldurulmalı, suvarılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə və sair işlər həyata keçirilməlidir. Əgər torpaq səthi bərkiyibsə, əkindən sonra cərgəaraları 10 sm dərinlikdə kultivasiya və ya əllə yumşaldılmalıdır. Cücərtilər 12-16 sm hündürlüyə çatan vaxtdan cərgələr birləşənədək yəni qönçələmə fazasınadək dibdoldurma işi davam etdirilməlidir.
Mövcud şəraitdən asılı olaraq 3 dəfə dibdoldurma aparıla bilər ki, son dibdoldurma zamanı kartofun qida sahəsi artır, mexaniki zədələnmələrin, eroziyanın qarşısı alınmış olur. Dibdoldurma, yumşaltma əməliyyatları kifayət qədər quru torpaqlarda aparılmalıdır ki, torpaq bərkiyib strukturu pozulmasın.