Kartofçuluq/Kartofun əkin norması və qida sahəsi
←Sortun seçilməsi və əkin materiallarının hazırlanması | Kartofçuluq |
Kartofun becərilmə texnologiyası→ |
Kartofun əkin norması və qida sahəsi. Kartofun əkin sxemi bitkinin sortundan, təyinatından, əkildiyi bölgənin torpaq-iqlim şəraitindən və digər amillərdən asılı olaraq müəyyənləşdirilir. Kartof yumruları əkinqabığı 2-3 mm uzunluğunda cücərəndən sonra əkinə başlanmalıdır. Cərgəarası 75 sm, cərgədə bitki arası 30-33 sm olduqda yumruların iriliyindən asılı olara hər hektara 2000-2500 kq toxum sərf olunur. Bu norma yuxarıda göstərilənlər nəzərə alınmaqla ərzaqlıq əkin sahələrində 2100-3300 kq-a və toxumluq kartof əkin sahələri üçün 2400-4000 kq ola bilər. Toxumluq kartof yumruları əkinqabığı dərmanlanmalı əkin torpaq-iqlim şəraitindən sortun yetişgənlik dərəcəsindən asılı olaraq bölgələr üzrə faraş və öztük altında fevral-mart, yanvar-aprel, təkrar əkinlərdə isə iyul, avqust aylarında aparılmalıdır. Toxumların basdırılma dərinliyi, adətən yumruların diametrinə uyğun aparılmalı, yumşaltma və dibdoldurma zamanı basdırılmış toxumların üzərinə əlavə olunan torpaq qatı 5-7 sm çox olmalıdır. Kartof əllə, yarımmexaniki və tam mexanikləşdirilmiş üsulla əkilməklə cərgədə yumruların biri-birindən eyni məsafədə basdırılması gözlənilməlidir. Ərzaq məqsədi ilə əkin aparıldıqda kəsilmiş yumruları 30-40 qramdan az olmayan kartof toxumlarından da istifadə oluna bilər.