Kartofçuluq/Kartofun morfoloji və fizioloji xüsusiyyətləri
←Kartofçuluğun inkişaf etdirilməsi | Kartofçuluq |
Kartofun torpaq-iqlim şəraitində tələbatı→ |
Kartofun morfoloji və fizioloji xüsusiyyətləri. Kartof quşüzümü fəsiləsinə mənsub çoxillik tağlı bitkidir. Vegetasiya müddəti kartof bitkisinin sort xüsusiyyətindən, becərilmə üsulundan, torpaq-iqlim şəraitindən asılı olaraq, faraş sortların vegetasiya müddəti 50-60 gün, orta faraş 60-80 gün, orta yetişən 80-100 gün, orta gecyetişən 100-120 gün, gecyetişən sortlarda 120 gün və daha cox olur.
Kartof yumrularından 3-5 əsas gövdə əmələ gəlməklə yarpaqlar gövdə üzərində spiral formasında düzülür və çiçəkləri ağ, qırmızı olmaqla mürəkkəb quruluşlu öz-özünə tozlanan bitkilər qrupuna daxildir. Lakin çarpaz tozlanan kartof sortlarına da rast gəlinir. Meyvəciyi ikiyuvalı və üçyuvalıdır. Giləmeyvəsi toxumdur, şar və oval formada olmaqla, yetişmiş yumruları xaricdən qabıqla əhatə olunur. Bitkinin sort xüsusiyyətindən asılı olaraq ağ, çəhrayı, qırmızı, bənövşəyi və sair rənglərdə olur.