Kartofçuluq/Sortun seçilməsi və əkin materiallarının hazırlanması
←Torpağın əsas və əkinqabağı hazırlanması | Kartofçuluq |
Kartofun əkin norması və qida sahəsi→ |
Sortun seçilməsi və əkin materiallarının hazırlanması. Hazırda respublikamızda bölgələrin torpaq-iqlim şəraiti, məhsulun təyinatından asılı olaraq “Nevskiy”, “Rodomışlskiy” orta yetişən “Oqonyok”, orta tezyetişən “Laymdota”, “Əmizi-600”, orta yetişən “Sevinc”, “Ukraynskiy rozovıy” sortları rayonlaşdırılmışdır. Həmçinin yerli kartof sortları ilə yanaşı MDB ölkələrindən, Almaniyadan, Hollandiyadan, Polşadan və digər Avropa ölkələrindən də gətirilmiş kartof sortları da sınaqdan keçirilir. Toxumluq kartofun sort qatışığı olmamalı, yumrular sağlam olmalı, xəstəlik və zərərvericilərlə sirayətlənməməlidirlər.