Legends of Runeterra

Legends of Runeterra
Bu kitab "Legends of Runeterra" haqqındadır.

Legends of Runeterra və ya qısaca LoR 2020-ci ilin aprelində Riot Games tərəfindən istehsal olunmuş və buraxılmış rəqəmsal kolleksiya kart oyunudur. Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyununun dünyasına əsaslanır. Oyunu oynamaq pulsuzdur, sadəcə kosmetik vasitələr pulludur. Oyun Microsoft Windows, iOS və Android platformaları üçün əlçatandır.

Wikipedia logo
Wikipedia logo
Legends of Runeterra haqqında Vikipediyada məqalə var.

Oyunda məqsəd rəqibin canını sıfıra endirməkdir. Kartların müxtəlif növləri var və kartlar oyundakı 10 regiondan birinə və ya bir neçəsinə aiddir. Oyunun döyüş sistemi digər kart oyunlarından fərqlənir.

Oyunun bir çox personajı Riot Games tərəfindən istehsal olunmuş "League of Legends" videooyunundan götürülmüşdür. İstehsalçıların qısa hekayələr, komikslər və animasiyalar vasitəsilə genişləndirdiyi Runterra uydurma dünyası oyunun kartları üçün mövzu təşkil edir.

Mündəricat

redaktə