Legends of Runeterra/Kartlar

../ Legends of Runeterra

../

Kartların strukturu

redaktə

Oyunçular kartlardan istifadə edərək oyunda qalib gəlməyə çalışırlar. Oyunda kartların 5 növü var: birim kartları, sehr kartları, yer kartları, təchizat kartları və bacarıq kartları. Bir kartın sağ yuxarı küncündə kartı oynamaq üçün tələb olunan mana və kartın mənsub olduğu regionu bildirən loqo, ortasında kartın adı və kartın malik olduğu xüsusiyyətlər, ən aşağısında kartın nadirliyini bildirən token yerləşir. Birim kartlarında və təchizat kartlarında kartın canı və kartın gücü göstərilir. Bacarıq kartlarının isə mana dəyəri olmur.

Kart tipləri

redaktə
 
Bir birim kartının strukturu.

Birimlər

redaktə

Birim kartları oyundakı əsas kart tipidir. Bu kartların güc və can dəyərləri olur. Birim kartları taxtaya qoyulduqda müəyyən təsirlərə malik ola bilir, hücum və müdafiədə istifadə olunurlar. Birim kartı malik olduğu güc dəyəri ilə rəqib birimlərə və Neksusa xəsarət verir. Birimin malik olduğu can dəyəri onun dözümlülüyünü xarakterizə edir. Birimin can dəyəri 0-a enəndə ölmüş sayılır. Birimlər iki yerə ayrılır: çempionlartəqibçilər. Çempion kartları digər birim kartlarından, yəni təqibçi kartlarından fərqli olaraq səviyyə atlama xüsusiyyətinə malikdir. Çempion kartları səviyyə atlayanda daha güclü xüsusiyyətlərə malik olan karta çevrilir, güc və can dəyəri artır, yeni təsirlər qazana bilir. Oyunda qalib gəlmə strategiyası əsasən çempion kartı və onu səviyyə atlaması ətrafında qurulur. Çempionun səviyyə atlaması müəyyən şərtlərin yerinə yetirilməsi və ya baş verməsi nəticəsində baş verir. Hər bir çempionun özünəməxsus səviyyə şərti olur. Məsələn, oyundakı çempionlardan biri olan Qarenin səviyyə atlama şərti kartın iki dəfə rəqib kartlara vurmasıdır. Bir çempion səviyyə atlayanda onun dəstədəki digər nüsxələri də səviyyə atlamış olur.

Bəzi birim kartları müəyyən bir kart qrupuna daxildir. Alttip adlandırılan bu qruplar kartın yuxarında qeyd olunur. Oyunda birimlərin bu alttipləri mövcuddur: yüksəlmiş, quş, pişik, səmavi, kultçu, darkin, it, əjdaha, elit, elnuk, pəri, pusuçu, mexa-yordl, yordl, poro, sürünən, dəniz bədheybəti, hörümçək, texnik, silah ustası və yeti.

Digər kart tipləri

redaktə

Sehr kartlarının güc və can dəyəri olmur. Bu kartlar lövhəyə qoyulmur, hücum və müdafiədə istifadə olunmur. Sehr kartları oynandıqda müəyyən xüsusiyyətləri yerinə yetirir. Sehr kartları oynanıla bilmə anlarına görə – sürətlərə görə 4 növü ayrılır: yavaş sehrlər, sürətli sehrlər, ani sehrlər, fokus sehrlər. Yavaş sehrlər döyüş vaxtı istifadə oluna bilməz və rəqib bu sehrə başqa sehrlə qarşılıq verə bilər. Sürətli sehrlər döyüş vaxtı da istifadə oluna bilər, lakin yavaş sehrlərdə olduğu kimi rəqibə qarşılıq imkanı verir. Ani sehrlər sürətli və yavaş sehrlər kimi döyüşdə istufadə oluna bilər, lakin onlardan fərqli olaraq effekti dərhal baş verir və rəqib qarşılıq verə bilmir. Fokus sehrlər də ani sehrlər kimi dərhal baş verir, lakin yavaş sehrlərdə olduğu kimi döyüş vaxtı istifadə oluna bilməz.

Yer kartlarının da güc və can dəyərləri olmur. Bu kartları lövhəyə qoymaq mümkün olsa da, güc və can dəyərləri olmadığı üçün döyüşdə istifadə olunmur. Yer kartları ancaq lövhədə yer tutub müəyyən bir effekti yerinə yerinə yetirir. Yer kartlarının can dəyəri olmasa da, yox edilə bilərlər. Geriyə sayma xüsusiyyətinə malik yer kartları müəyyən tur sonra özünü məhv edir.

Təchizat kartları sehr kartlarına oxşayır, lakin güc və can dəyərləri olur. Bu kartlar ancaq birimlərin üzərində oynanılır, seçilmiş birimə qoşularaq malik olduğu güc və can dəyərini, təsirlərini və digər effektlərini verir. Təchizat kartlarının qoşulduqları birimlər öldükdə ələ geri qayıdırlar.

Bacarıq kartları oynanıla bilmir və dəstəyə qoyulmur. Bu kartların mana dəyəri də olmur. Bu kartlar müəyyən

Kart nadirliyi

redaktə