Məntiqi məsələlər/Cavablar

Suallar Məntiqi məsələlər

1. Onlar fərqli sahillərdə idilər.


2. Çünki Holms ona ünvanı deməmişdi.


3. Şahmatda.


4. Buz.


5. Qoy məni ən çirkin olan qadın öldürsün.


6. Belə bir divarın qalınlığı 2 santimetrdən artıq olmayacaq ki, bu da onu əlimizlə itələyib aşırmağa imkan verir.


7. İlk olaraq iki oğul qayığa minərək qarşı sahilə yollanır. Sonra qardaşlardan biri qayıqla geri qayıdaraq qayığı atasına verir. Ata qayıq ilə digər sahilə gedir və orada qalır. Bu zaman həmin sahildə olan qardaş qayığa minərək digər sahilə gəlir, qardaşı da qayığa minir və qarşı tərəfə yollanırlar.


8. Bir neçə cavab variantı var. Dairənin diametri bərabər olduğu üçün istənilən halda, nə edirsən et, o quyuya yuvarlanmayacaq. Kvadratda isə əksinədir, kvadratın diaqonalı onun tərəflərindən daha böyükdür, ona görə də qapaq quyuya düşə bilər. Bununla yanaşı belə də cavab vermək olar ki, dairəvi lyukları daşımaq və hərəkət etdirmək daha asandır.


9. Bir dəfə açmaqla. Eyni zamanda iki elektrik açarını yandırırıq, bir müddətdən sonra ikincini söndürürük. Otağa daxil oluruq: lampalardan biri hələ də yanır – bu, birinci elektrik açarına aiddir, daha sonra yerdə qalan lampalara toxunuruq – daha isti olan ikinci elektrik açarına aiddir, soyuq olan isə uyğun olaraq, üçüncüyə aid olur.


10. İlk öncə tortu xaç şəklində 2 dəfə kəsməklə 4 bərabər hissəyə bölmək lazımdır. Daha sonra isə tortu horizontal formada iki yerə bölmək olar.

Indi nə olsun ki, tort elə də hündür alınmadı, buna baxmayaraq, sizin 8 bərabər hissəyə bölünmüş tortunuz var.

Daha bir variant isə ilk iki kəsikdən sonra tortun hissələrini bir-birinin üzərinə qoymaqla bir kəsiklə iki yerə bölmək olar.


11. Həmin insan aşağı düşməyə başlayan təyyarədən tullandığı üçün ölmüşdür, belə ki qəzanın baş verməsi qaçılmaz idi. Bütün sərnişinlər üçün bir paraşüt çatışmadı və onlar püşk atdılar. Onun bəxtinə qısa kibrit düşdü və o paraşütsüz düşmək məcburiyyətində qaldı. .


12. Sual müəllifinin özü də dəqiq cavabı bilmir, eləcə də top və avtobusların böyüklüyü məlum deyil və əgər məlum olsa da belə avtobusa neçə topun yerləşdiyini heç kim yoxlamayıb. Avtobus üçün müəyyən uzunluq və enlik təyin edin, eləcə də topun ölçüsünü müəyyən edin. Avtobus və topun həcmini hesablayın. Bununla da siz boş avtobusa nə qədər topun yerləşəcəyini tapmış olacaqsınız. Lakin bu zaman oturacaq və avtobusun digər detallarını nəzərə alaraq alınmış rəqəmi bir az azaldın, nəzərə alın ki, toplar kvadrat formada deyil, dairəvidir və cavab verin.

Bu zaman məsələnin gedişi və ya həll yolu cavabın özündən daha vacibdir. Sual müxtəlif variantlarda verilə bilər: futbol topları, avtobus əvəzinə otaq və s.


13. Təbii, ən asan cavab kimi həkimə gedərək yenilərini tələb etmək olardı, nəzərə alın ki, bu ölüm-qalım məsələsidir. Lakin ola bilər ki, onlar Yer kürəsində qalmış yeganə həblərdi və ya həkim sirli bir şəkildə yoxa çıxıb və s. Yəni, cavab vermək məcburiyyətindəsiniz. Həm də ki, hər şey olduqca sadədir: hər bir həbi iki yerə bölmək və hər həbin yarısını götürüb səhər və axşam qəbul etmək lazımdır.


14. İpək parçanı indi gün eynəkləri əvəz edir.


15. Qadınla kişi kiçik qayıqdadır və qadının dəniz qorxusu var. Kişi qadını qucaqlayanda, qadının qorxudan ürəyi bulanır.


16. Davidin evi təkərli evlərdəndir. Yəni maşına bağlıdır və hara getsə özü ilə gedir.


17. Həkimdir.


18. Balıqtutanlar üz-üzə durmuşdu. Yəni əks sahillərdə idilər. Biri qayığa minərək sahili keçib o birisinə verir qayığı ki, o da sahilin digər tərəfinə keçsin.


19. Bu həkimlərə veterinar deyilir. Baytar klinikalarında heyvanlara xüsusi ilə də pişiklərə paraşütcü deyilir.


20. Yerli ruhlardan qorxan sakinlər heç vaxt bu sözləri pulun üzərinə yaza bilməzdi. Hökumətdə insanların bu qorxusundan istifadə edərək, pulların üzərinə cadu sözləri yazırdılar ki, saxta pul hazırlayan olmasın.