Marketinq/Aqromarketinq
←Giriş | Marketinq |
Aqromarketinqin xüsusiyyətləri→ |
Aqromarketinq k/t-ı və qida məhsullarının, toxum istehsalını, məhsul yığımı və onun emalını, məhsulların istehlakçılara çatdırılmasını, bununla yanaşı onların tələbatını və davranışını tədqiq və təhlil edilməsini təşkil edən birliklər və metodlar sistemi olmaqla, həmin sahənin yaradıcı fəaliyyət formasıdır. Aqromarketinqin əsasları ilə tanış olmadan və onun mahiyyətini anlamadan yerli daxili bazarlarda və dünya bazarlarında kəskin rəqabətə davam gətirə biləcək k/t-ı məhsulları istehsal etmək qeyri mümkündür.
Marketinq sisteminin əsl məqsədi aşağıda göstərilən dörd istiqaməti müəyyən edir.
- 1. Mümkün qədər tələbatın ödənilməsinə müvəffəq olmaq.
- 2. Ən yüksək istehlakçı razılığına nail olmaq.
- 3. Ən geniş çeşid təklif olunmasını təmin etmək.
- 4. Həyat səviyyəsini ən yüksək həddə çatdırmaq.