Microsoft Access 2000/Formalar

Sorğuların tipləri Microsoft Access 2000

Hesabatlar


Formanı blank şəklində təsəvvür etmək olar. Bu blankı doldurmaq lazımdır. Forma blank bazanı doldurmaq prosesini asanlaşdırır. Forma vasitəsilə bütün informasiyanı deyil müəyyən informasiyanı daxil etmək olar.

Access-də informasiyanı iki üsulla daxil etmək olar: cədvəl və forma şəklində. Əgər daxil edilən verilənkər nadir hallarda dəyişirsə, onda cədvəldən istifadə etmək daha səmərəlidir. Əgər verilənlər tez-tez dəyişirsə və orada hesablamalardan istifadə olunursa onda formadan istifadə edilir. Access-də istənilən forma cədvəl və sorğu əsasında təşkil olunur. Bir cədvəl əsasında istifadəçi bir neçə forma təşkil edə bilər.

Formaları üç üsulla təşkil etmək olar:

  • Konstruktor vasitəsilə (Form Desgn)
  • Master vasitəsilə (Form Wizard)
  • Aftoforma (Afto Form)

Konstruktor vasitəsilə forma yaradılarkən formanın maketi təşkil edilir və dəyişənləri qiyməti üzərində idarə təmin edilir. Master vasitəsilə hazır formalardan və hazır stillərdən istifadə olunur.

Aftoforma vasitəsilə seçilən cədvəl üzrə formalar təşkil olunur və onlar aşağıdakı tipdə olur: sütun üzrə forma (Columnar); lentşəkilli forma (Abular); cədvəl şəkilli forma (Datasheet); dioqramma şəkilli forma (Chart Wizard); sərbəst cədvəl (Pivot table Wizard). Hər Access formanı üç rejimdə göstərmək olar: konstruktor, forma və cədvəl.

Aftoforma vasitəsilə cədvəl və sorğu üçün formalar yaradılmışdır.