Microsoft Access 2000/Sorğuların tipləri
←Sahələrin sorğulara daxil edilməsi | Microsoft Access 2000 |
Formalar→ |
Sadə sorğular master vasitəsilə (Simple Query Wizard) təşkil olunmuşdur. Bu tipli sorğunu təşkil etmək üçün aşağıdakı proses yerinə yetirilmişdir:
- Sorğular – təşkil etmək – sadə sorğunun master vasitəsilə təşkili rejimi seçilir;
- Cədvəl/Sorğular açılır, cədvəl və ya sorğu faylı seçilir. Fayllardan isə sahələr seçilir;
- Növbəti pəncərə açılır və cəmlənən sahələr seçilir. Bundan sonra sorğu yerinə yetirilir.
Parametrik sorğular dedikdə bir-birindən o qədər də fərqlənməyən sorğular nəzərdə tutulur. Parametrik sorğu təşkil edərkən seçilən sahələr üçün sorğu cədvəlində kriteriya göstərilir. Məsələn, [soyadı göstər], [adı göstər], [kodu göstər] və s. Sonra yazı-sorğu rejimindən parametrin əmri seçilir, sorğu yerinə yetirilir və ekranda verilən kriteriyaya əsasən dəyişənlərin qiyməti daxil edilir.
Çarpaz sorğular (перекресные запросы) kompakt şəklində dəyişənləri seçmək və eyni tipli informasiyanı birləşdirmək üçün istifadə olunur. Bunun üçün Sorğu-yeni-çarpaz sorğular rejimi seçilir. Pəncərədə cəmlənən və çarpaz olan sahələr, sətir və sütun elementləri seçilir, sorğu yerinə yetirilir.
SQL (Structed Query Language) sorğuları. Strukturlaşdırılmış SQL vasitəsilə mürəkkəb sorğular təşkil etmək olar. SQL sorğusunu təşkil etmək üçün SQL görünüş (View (Vid)) rejimindən çağırılır. SQL sorğusu SQL instruksiyası (SQL statement-ünsür) ardıcıllığından ibarət olur. SQL sorğuları Select instruksiyasında olur. Select SQL-in birinci əmri hesab olunur. Sahələr arasında vergül qoyulur. Sahələrin adı siyahıda yerinə yetirilmə qaydası ilə verilir. Əgər sahənin adında probel və ya ayıran varsa, onu kvadrat mötərizədə yazmaq lazımdır.
Əgər cədvəllərdə bir neçə eyni addan istifadə olunursa, belə göstərilməlidir: Cədvəlin adı. → sahənin adı.
SQL sorğuları birləşmə (объединение), serverə göndərilən (запросы к серверу), idarəedici (управляющие) və asılı (подчиненные) sorğular olur. Bu sorğuları QBE vasitəsi ilə realizə etmək mümkün deyil.
SQL dəyişənlərin idarəetmə sistemtndə (klient/server sistemində) ən geniş yayılmış dildir.