Resept:Piti
(Piti səhifəsindən yönləndirilmişdir)
Piti | ||
---|---|---|
![]() | ||
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 2 | |
Enerji qiyməti: | 1000-2000 kkal. | |
vaxt: | 2 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ![]() | |
TərkibiRedaktə
Xammalların miqdarı küftə-bozbaşda olduğu kimidir:
Hazırlanma qaydasıRedaktə
Pitinin hər payına 55-60 qramlıq 2-3 tikə qoyun əti götürülür. Noxud 4-5 saat soyuq suda isladılır. Ət və noxudu piti qabına qoyub zəif od üzərində tədricən bişirirlər. Xörəyin hazır olunmasına 30 dəqiqə qalmış kartof, iri doğranmış soğan, alça, duz və zəfəran şirəsi tökülüb hazır olana kimi bişirilir.
Süfrəyə verilməsiRedaktə
Piti bir qayda olaraq bişirildiyi qabda süfrəyə verilir, yanına dərin boşqab və ya kasa, sumaq və təmizlənmiş baş soğan qoyulur.